Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3610/2025 14.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xurşudov Nadir Şahin oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X2” X5 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Xanlar rayonunun Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X2” X5 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X2” X5 Gəncə Regional İdarəsindən Şəxs barəsində tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən **-EA-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilinin sürücüsü Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə saat 11:40-da Gəncə şəhəri, Əttarlar küçəsi ərazisində yoxlama aparılan zaman tələb olunan “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X2” X5 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis X3 protokolun məzmununa uyğun çıxış edərək, protokolda qeyd olunan inzibati xətanın həqiqətən Şəxs tərəfindən törədildiyini və buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatı ilə razılaşır. Belə ki, "xxxx" MMC ilə bağladığı müqavilə əsasında sərnişindaşıma fəaliyyəti ilə məşğul olur, gündəlik həmin şirkətə hesabat təqdim edir. **-EA-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinin “Fərqlənmə nişanı” mövcuddur, bu ayın 10-u almışdır. Hər ay “Fərqlənmə nişanı” alınmalıdır, keçən ay “Fərqlənmə nişanı” alınmalı olsa da, rəhbərlik tərəfindən alınmamışdır. Odur ki, protokolun təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində İXM-in 552-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri “təzə bazar” ərazisində aparılan yoxlama zamanı **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişindaşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmiş, bu zaman əməkdaşların xidməti vəzifəsini yerinə yetirməyə maneə olaraq və qanunvericilikdə müəyyən olunmuş tələb olunan sənədləri – “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. -İş materiallarına **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinin reysdə olan zaman çəkilmiş bir ədəd fotoşəkli əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 40 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”, habelə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan X2 (bundan sonra – Agentlik) tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Şəxs təqsiri özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs idarə etdiyi “Mercedes” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşınması fəaliyyəti ilə məşğul olarkən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Əttarlar küçəsində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan “Fərqlənmə nişanı”nı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X2” X5 Gəncə Regional İdarəsinin əməkdaşlarına təqdim etməmişdir. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 552-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 50 (əlli) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3610/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3610/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver