Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3639/2023 20.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, X1, onun müdafiəçisi və nümayəndəsi X3 iştirakları ilə, X2 xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 01400/1981/01 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, onun barəsində eyni iş üzrə Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən qəbul olunmuş 01400/1981/01 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)- 456/2022 saylı qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilmişdir. Məhkəmə şikayətə baxarkən tərtib olunmuş 2 gömrük bəyannaməsinin rəsmiləşməsinin dəqiq tarixinin göstərilməməsini, inzibati xəta haqqında materialların dəfələrlə məhkəməyə təqdim olunmasının tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməməsini əsas gətirərək, mübahisəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, işə yenidən baxılması üçün müvafiq qərar qəbul etmişdir. Həmin qərarı xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə çağırıldığı zaman əldə etmişdir. O, **********0714 saylı, xx.xx.2021-ci il tarixli və **********2310 saylı, xx.xx.2021-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 10640,00 ABŞ dolları (18080,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etmişdir. Mübahisəli qərarda da həmin məbləğin xx.xx.2022-ci il tarixdə onun (VÖEN:**********) müvəkkil bankda olan hesablaşma hesabına köçürülməsi qeyd edilmişdir. **********0714 saylı, xx.xx.2021-ci il tarixli 1-ci gömrük bəyannaməsi üzrə 180 günlük müddət xx.xx.2021-ci il tarixdə, **********2310 saylı, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 180 günlük müddət isə xx.xx.2022-ci il tarixdə bitmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 01400/1981/01 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qanunvericiliyin bu tələbindən də aydın görünür ki, Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X10 tərəfindən qəbul olunmuş 01400/1981/01 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunvericilikdə müəyyən olunmuş müddət keçdikdən sonra yəni, xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında X2 müdafiəçisi X5 izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar Gəncə Şəhər Məhkəməsinin qərarı ilə yenidən araşdırılması üçün geri gömrük idarəsinə göndərilsədə, gömrük idarəsi Vilayət Mamedovun cərimə olunması ilə bağlı yenidən qərar qəbul edilmişdir. O, İXM-in 38.1-ci maddəsinə əsasən müddət buraxıldığı üçün qərarın əsassız olduğu qənaətindədir. Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X10 tərəfindən 09 mart 2023cü il tarixli, 01400/1981/01 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Xətanın obyekti olan 10640,00 ABŞ dolları (18088,00 manat) məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 9044,00 manat məbləğində cərimə növü tətbiq edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-456/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən (hakim Asif Əliyev) X9 oğlunun Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən qəbul olunmuş 01400/1981/01 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilmişdir - İcraata başlamaq haqqında qərardan görünür ki, 21 noyabr 2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra məmuru X8 tərəfindən icraata başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsində isə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür. Hazırki inzibati xəta haqqında material üzrə isə Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinin ixrac etdiyi malların ümumi dəyəri 10640,00 ABŞ dolları, yəni 18088,00 manat təşkil etmişdir. “Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 7-ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarına əsaslanaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinin ixrac etdiyi malların dəyəri 20000 manatdan artıq olsa belə, o, İXM-in 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər. Qeyd edilməlidir ki, İXM-in 483-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş pul vəsaiti Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına köçürülməlidir. Başqa sözlə, qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən bu cür pul vəsaiti Azərbaycan Respublikasına yalnız bank hesabına köçürmə yolu ilə qaytarılmalıdır. Bu qaydaya riayət olunmaması inzibati məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsi Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Onun əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinin İXM-in 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsina istinad olunan inzibati xəta gömrük qaydaları əleyhinə olan inzibati xəta olduğuna görə, bu xətaya dair inzibati məsuliyyətə cəlb etmə müddəti 1 (bir) ildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsinin **********0714 saylı, xx.xx.2021-ci il tarixli 1-ci gömrük bəyannaməsi üzrə 180 günlük müddət xx.xx.2021-ci il tarixdə, **********2310 saylı, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 180 günlük müddət isə xx.xx.2022-ci il tarixdə bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, o, həmin tarixdən 1 il müddətində inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin, hazırda qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 38, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası Dövlət Şimal Ərazi Baş Gömrük İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X10 tərəfindən başlanılmış icraata xitam verilsin Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3639/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3639/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver