Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3641/2023 14.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıqov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə narkotik vasitə marixuana istifadə edib saat 16:45-də Gəncə şəhəri, Mərkəzi Kitabxananın yanında ucadan nalayiq ifadələr işlədib digər şəxslə sözlü mübahisə etmişdir. Bununla ətrafda olan insanların diqqətini özünə cəlb etmiş, onları sakitləşdirmək istəyən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 510, 206 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs 1-ci Polis Şöbəsinin sahə rəisi, X2 inzibati xəta haqqında protokoldakı inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, dostunun idarə etdiyi Ford Transit markalı avtomobillə hərəkətdə olarkən dostunun idarə etdiyi avtomobil Hyundai markalı avtomobillə toqquşmuşdur. Onlar avtomobildən düşdükdən sonra mübahisə etməyə başlamışlar. Ətrafa insanlar toplaşmışdır. Polis əməkdaşları onlara yaxınlaşdıqda isə əsəbi olduqları üçün polis ilə kobud danışaraq, şöbəyə getməkdən imtina etmişdir. Narkotik vasitə olan marixuananı mütəmadi olmasa da, epizodik olaraq istifadə edir. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Gəncə şəhər Baş Polis İdarəsinin Post-patrul xidməti taborunun manqa komandiri, polis baş serjantı X3 bildirdi ki, xidmətdə olan zaman iki avtomobilin toqquşduğunu görmüşdür. Ətrafda dayanaraq onunla birgə xidmətdə olan digər əməkdaşla yol patrul əməkdaşlarının gəlməsinədək asayişi təmin etmişlər. Bu zaman avtomobillərdən düşən şəxslərin dava etdiklərini görmüşdür. Onlar bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Onlara yaxınlaşan zaman isə adını sonradan bildiyi Şəxs polisin qanuni tələbinə tabe olmaqdan imtina etmişdir. Fiziki qüvvə tətbiq edərək onu şöbəyə təmin etmişlər. Hərəkətlərindəki qeyri-adekvatlıq şübhə yaratdığından onu narkoloji müayinədən keçirmişlər və şəxsin narkotik vasitə istifadəçisi olması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid Gəncə şəhər Baş Polis İdarəsinin Post-patrul xidməti taborunun manqa komandiri, polis baş serjantı X5 şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 206, 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarına əlavə edilmiş: Şəxs barəsində tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə narkotik vasitə marixuana istifadə edib saat 16:45-də Gəncə şəhəri, Mərkəzi Kitabxananın yanında ucadan nalayiq ifadələr işlədib digər şəxslə sözlü mübahisə etmişdir. Bununla ətrafda olan insanların diqqətini özünə cəlb etmiş, onları sakitləşdirmək istəyən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 206, 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 13 dekabr 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” Protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:20-də radələrində inzibati qaydada tutulmuşdur. 14 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində İXM-nin 206, 510 və 535.1-ci maddəsi ilə icraat başlanılması üçün materiallar 1-ci Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 14 dekabr 2023-cü il tarixli Rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannoboidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhər görülür. Beləliklə, Şəxs İXM-nin 206, 510 və 535.1 maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin etirafedici ifadələrindən aydın olduğu kimi Şəxs əməlinin ictimai təhlükəliliyini dərk edir və səmimi peşmançılıq keçirir. İnzibati xəta törətmiş şəxs Şəxs səmimi peşamçılığı onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-nin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, eyni anda üç inzibati xətanı törətməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 13 dekabr 2023-cü il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X4 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3641/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3641/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver