Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-365/2022 17.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, X1 nümayəndəsi və vəkili X6 iştirakı ilə, X7 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolundan və 05 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolundan və 05 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin protokolun və qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 olduğu “çörək” sexində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına yol verilməsi ilə əlaqədar X13 Agentliyinin xx.xx.2022-ci il tarixli, 153/DEİ-22 saylı məktubu əsasında araşdırma aparılmış və araşdırma zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə barəsində xx.xx.2022-ci il tarixli ******* saylı inzibati protokol tərtib edilmişdir. Bundan sonra həmin protokol əsasında xx.xx.2022-сi il tarixli MN ******* saylı qərarla 2.500 manat məbləğində cərimə olunmuşdur. Tərtib edilmiş protokol və qəbul edilmiş qərarın aşağıda göstərilən səbəblərdən əsassızdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xx.xx.2011-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasi Qanunun 20.1.maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Göstərilən qanunvericiliyin tələbləri baxımından Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış yoxlama tam olaraq əsassız və qanunsuzdur. Belə ki, yoxlama aparılması haqqında qərar və vahid məlumat reyestrində qeydiyyatla bağlı sənədlər X9 təqdim edilməmiş, belə bir prosedura əməl edilməmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili X10 şikayət ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının şikayət ərizəsində göstərilmiş hərəkətləri yoxlama çərçivəsində həyata keçirilmiş, lakin həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müəyyən etdiyi tələblərə cavab verməmişdir. Ona görə də keçirilmiş yoxlama etibarsız hesab edilməli, keçirilmiş yoxlamanın nəticəsində tərtib edilmiş protokol hüquqi qüvvədən salınmalıdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirdi ki, qərardan şikayət verən şəxs X7 inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilmiş yoxlamanın nəticəsi olaraq deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən fiziki şəxs tərəfindən verilmiş şikayət ərizəsi olmuşdur. Məhz həmin ərizə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən ərizədə göstərilmiş hallar yoxlanılmış, inzibati xətanın mövcudluğu öz əksini tapmışdır. Bu hallar tərtib edilmiş 66806 saylı xx.xx.2022-ci il tarixli Aktda da öz əksini tapmışdır. O şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərarı nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X7 barəsində tərtib edilmiş 05 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 tərəfindən ona məxsus “Çörək və un məmulatları sexi” nin fəaliyyətinə dair layihə sənədlərini ekoloji ekspertizadan keçirməmiş, müsbət ekoloji rəy almadan ətraf mühitə birbaşa və dolayı yolla mənfi təsir göstərməsinə görə vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən X13sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X13sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X9 məxsus “çörək və un məmulatları sexi”nin fəaliyyətinə dair layihə sənədləri ekoloji ekspertizadan keçirilməmiş və ekoloji-normativ sənədlər razılaşdırılmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, X7 şikayətində inzibati xəta haqqında iş üzrə qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X7 təqsiri təsdiq olunur. Beləliklə, X7 barəsində tərtib edilmiş 21 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun və 05 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarının araşdıraraq bu nəticəyə gəlir ki, ərizə verən şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi həyata keçirilmiş yoxlama nəticəsində deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən fiziki şəxs tərəfindən verilmiş şikayət ərizəsində göstərilən halların yoxlanılması çərçivəsində həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş 66806 saylı xx.xx.2022ci il tarixli Aktda Nazirlik əməkdaşlarının həyata keçirdikləri hərəkətlərin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanun əsasında həyata keçirilən yoxlama olmaması birbaşa öz əksini tapmışdır. Bu baxımdan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının hərəkətləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşmür. Məhkəmə əlavə olaraq iş materiallarının araşdıraraq müəyyən etdi ki, həyata keçirilmiş icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir. Buna görə də, X7 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 21 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun və 05 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 21 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun və 05 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 21 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və 05 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-365/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-365/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver