Məhkəmə qərarları › İş №3(125)-3665/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3665/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3665/2025 29.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Kəlbəcər şəhəri, Dəlidağ küçəsi, ev 3Ada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 29 sentyabr 2025-ci il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 11 iyun 2025-ci il tarixli qərarla icraata başlanılmış 2 saylı Gəncə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 8İ- 6568 nömrəli, 10 iyun 2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 10025 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir.2 saylı Gəncə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 8İ-7233 nömrəli, 23 iyun 2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 10025 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs qızma ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzrsüz səbəbdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əlavə əmlak və gəlirlər aşkar edilməmişdir. Gəncə şəhər Məhkəməsinin 3(125)-2494/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-2494/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Buna baxmayaraq Şəxs tərəfindən icra sənədləri üzrə borcundan heç bir ödəniş olunmamış, bununla bağlı zərərçəkmiş şəxs tərəfindən aidiyyatı orqanlara müraciətlər olunaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görülməsi xahiş edilmişdir. Protokola əlavə edilmiş sənədlərdən də göründüyü kimi borclu barəsində müvafiq icra tədbirləri görülmüş, onun barəsində axtarış elan olunsa da, borcun ödənilməsi təmin edilməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında istinad etdiyi apellyasiya məhkəməsinin qətnaməsində hazırda sözügedən icra sənədlərindən bəhs olunmur. Borclu 1750 manat olmaqla, 15 ay müddətində zərərçəkmiş şəxsə ödəniş etdiyini bildirsə də, bunu təsdiq edən ödəniş qəbzlərini ona təqdim etməmişdir. Həmçinin borcluya icra sənədləri ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilsə də, o, “sən kimsən” tipli kobud ifadələrdən istifadə etmiş, hətta fiziki müqavimət göstərərək borcun ödənilməsindən yayınmaq istəmişdir. Tələbkarın verdiyi məlumata görə borclu təsərrüfatla məşğul olur, qazanc əldə edir, lakin rəsmi olaraq borcunun adına qeydə alınmış daşınar və ya daşınmaz əmlak aşkar olunmamışdır. Odur ki, borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, zərərçəkmiş şəxs faiz əldə etmək məqsədilə özünəməxsus 35000 manat məbləğində pulu onun işlətdiyi lombarda depozitə qoymuşdur. Zərərçəkmiş şəxslə aralarında olan müqaviləyə əsasən 24 ay müddətinə, hər ay 1750 manat məbləğində pulu və sonda 5000 manat məbləğində pulu zərərçəkmişə ödəməli idi. Belə ki, 15 ay müddətində zərərçəkmişə ödəniş etmiş, hazırda zərərçəkmişə təxminən 5000 manat borcu qalmışdır. Bu apellyasiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ilə təsdiqlənir, hazırda qətnamə sistemə yüklənilməmişdir. Zərərçəkmiş şəxs guya onun 55000 manat borcu olduğunu bildirir, belə ki, razılığa gəlmək üçün dəfələrlə ona müraciət etsə də, buna nail ola bilməmişdir. Bundan başqa, icra məmuru ona qərəzli münasibət göstərir. Hazırda heç bir yerdə işləmir, maddi imkanı zəifdir. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qətnaməsinin nəzərə alınmaqla onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, atasının evini satandan sonra 2023-cü ilin may və iyun aylarında iki borc müqaviləsi üzrə ayrı-ayrılıqda 10000 manat olmaqla, ümumilikdə 20000 manat məbləğində pulu qiyabi tanışı olan borclu Şəxs borc vermişdir. Borclu Şəxs dəfələrlə borcunu tələb etdikdə o, əməlisaleh insan olduğunu və borcunu ödəyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə borclu Şəxs və özünü onun qardaşı kimi təqdim edən şəxsə ayrı-ayrılıqda 15000-20000 manat olmaqla, cəmi 35000 manat məbləğində pul vermişdir, belə ki, 35000 manat məbləğində pul hazırkı məhkəmə mübahisəsinin predmeti deyil. Borclu Şəxs ona vurduğu maddi və mənəvi zərərə görə bugünkü tarixə bütövlükdə 55000 manat borcu var, mənəvi zərər vurulduğunu təsdiq edən xəstəlik epikrizləri mövcuddur. O, Şəxs borcunu tam şəkildə ödəmədiyi halda cəzalandırılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş; - xx.xx.2025-ci il tarixli 8İ-6568 nömrəli icra qeydindən görünür ki, Şəxs müddət üçün vaxtında ödənilməmiş 10000 manat tutulmalıdır. Bundan əlavə borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10025 manat pul tutulmalıdır. - xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 8İ-6568 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 (on) gün müddətində vaxt verilmişdir. - Borclu Şəxs 8İ-6568 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, tələbkar ilə aralarında olan borc müqaviləsi tamamən ödənilib. Bununla bağlı tələbkar ilə aralarında “Whatsapp” yazışmaları, çeklər və səs yazıları mövcuddur. Hazırda apellyasiya məhkəməsinə müraciət olunub və xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclası keçiriləcək. Həmçinin ödənişlər tam ödənilib. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti yoxdur. - xx.xx.2025-ci il tarixli 8İ-7233 nömrəli icra qeydindən görünür ki, Şəxs müddət üçün vaxtında ödənilməmiş 10000 manat tutulmalıdır. Bundan əlavə borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10025 manat pul tutulmalıdır. - xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 8İ-7233 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 (on) gün müddətində vaxt verilmişdir. - Borclu Şəxs 8İ-7233 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, bu sənədlə bağlı göndərilən icra sənədi tam şəkildə ödənilib. Tələbkar ilə aralarında olan sənədlər və öz səs yazısı borcun tam qaytarılmasını təsdiq edir. Həmçinin borc tamamilə ödənilib, icra sənədindən məhkəməyə müraciət olunacaq. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti yoxdur. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-2494/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmiş, inzibati həbsə alınmanın əvvəli 04 avqust 2025-ci il tarixdən, saat 17:15-dən hesab edilmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 8İ-6568 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Kəlbəcər rayon Polis Şöbəsinə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-499/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-660/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Gəncə Şəhər Məhkəməsinin 1(125)-31/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 8İ-6568 nömrəli, xx.xx.2025-ci il tarixli və 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 8İ-7233 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında Gəncə Şəhər Məhkəməsinin 3(125)-2494/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu tələbkara cəmi 5000 manat məbləğində borcunun olduğunu, bunun apellyasiya məhkəməsinin qətnaməsi ilə təsdiq olunduğunu bildirsə də, apellyasiya məhkəməsinin qətnaməsini və ya qətnamədən çıxarışını, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı ödəniş etdiyini təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin borclu maddi imkanı olmadığını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borcluya hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır, belə ki, onun hal-hazırda ödənilməmiş 20050 manat borcu vardır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh seçilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına (bundan sonra Plenum Qərarı) əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, icra məmuru tərəfindən hazırki inzibati xəta barədə işə baxılan günə onun barəsində bütün icra imkanlarından istifadə edilmiş, icra məmuru tərəfindən borcluya hər iki icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, həmçinin barəsində borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar