Məhkəmə qərarları › İş №3(125)-367/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-367/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-367/2022 09.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 10605660 nömrəli və xx.xx.2022-ci il tarixli EQ 10734282 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və barəsində olan hər iki qərar üzrə inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsi barədə şikayətinə baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin icraatına X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 10605660 nömrəli və xx.xx.2022-ci il tarixli EQ 10734282 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və barəsində olan hər iki qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti daxil olmuşdur. Məhkəmə iş materiallarının baxılmağa hazırlanması zamanı barəsində şikayət verilmiş xx.xx.2022-ci il tarixli EQ 10734282 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinin iş materiallarında olmadığını aşkar etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli Plenum Qərarına uyğun olaraq, inzibati xəta üzrə tənbehvermə qərarından şikayət materiallarına Gəncə Şəhər Məhkəməsində baxılması haqqında vəsatətinin olmadığını aşkar etmişdir. Qeyd edilmiş natamamlıqların aradan qaldırılmasının şəxsə izah edilməsi məqsədilə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir, lakin tərəflər iştirak etmədiyinə görə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İsmayılov Samir iştirak etmiş, ona bu natamamlıqların aradan qaldırılması təklif edilərək iclas xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Lakin qeyd edilən tarixdə İsmayılov Samir məhkəmə iclasına gəlməmiş və natamamlıqlar aradan qaldırılmamışdır. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər şikayət verən şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayətdə Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 10605660 nömrəli və xx.xx.2022-ci il tarixli EQ 10734282 nömrəli qərarlarının ləğv edilməsi xahiş edilsə də, şikayətə xx.xx.2022-ci il tarixli EQ 10734282 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilməmişdir. Belə olan halda məhkəmə təqdim edilmiş materialları natamam hesab edir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı: X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 10605660 nömrəli və xx.xx.2022-ci il tarixli EQ 10734282 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və barəsində olan hər iki qərar üzrə inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsi barədə şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar