Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3683/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, GDRB-436 saylı inzibati xəta haqqında qərarından X9 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, GDRB-436 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Qida X3- Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli GDRB-436 qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinib, 600 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, vəzifəli şəxs işin həqiqi hallarını tam araşdırmamış, sübutlara düzgün qiymət verməmiş və bunun nəticəsində səhv qərar qəbul etmişdir. Belə ki, Qida X3-Daşkəsən regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində “Oskar” restoranında yoxlama aparılmış, lakin yoxlama barədə bildiriş xx.xx.2024-cü il tarixində daxil olmuşdur. Bundan başqa Qida X3-Daşkəsən regional şöbəsinin əməkdaşları tərəfindən “Oskar” restoranında aparılmış yoxlama zamanı həmin şəxslərin təlimatın şərtlərini pozmuşlar, mövsümi işləyən və yüngül konstruksiya ilə tikilmiş obyektə emal sahəsində mexaniki havalandırma sistemi quraşdırılmamış, işçi heyyət dolablar və sanitar-məişət avadanlıqları ilə təhciz edilmiş soyunub geyinmə otaqları ilə təmin edilməmiş, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməmiş, tavan və tavanda olan qurğular tozun və çirkin toplanması və kondensatın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerinə düşməsinin qarşısını alan formada quraşdınİmaması və s. Azərbaycan Respublikası Qida X3- Daşkəsən regional şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş qərarda qeyd edilən hallar qeyri obyektivdir. Məhkəmə iclasının yeri və vaxtı barədə X10 məlumat verilsədə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Elnur Məmmədovun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 idxal və ixraca nəzarət sektorunun aparıcı məsləhətçisi Nümayəndə çıxışında şikayətlə razılaşmayaraq məhkəmə iclasında bildirmişdir ki, Elnur Məmmədov şikayət ərizəsində 23 avqust 2024-cü il tarixdə “Oskar” restoranında yoxlamanın aparılması ilə bağlı bildirişin 27 avqust 2024-cü il tarixdə daxil olduğunu bildirsə də, o, bildirişin yoxlama aparılmamışdan 1 (bir) ay öncədən göndərildiyini və bu barədə "xxxx"MMC-nin məktubunu təqdim edərək bildirişin 05 avqust 2024-cü il tarixdə qohumu Sevda Məmmədova tərəfindən imza edilərək qəbul etdiyini qeyd etmişdir. Daha sonra yoxlama zamanı əməkdaşlar tərəfindən bir sıra aşkar edilmiş nöqsanlara aydınlıq gətirərək çiy kabab məhsullarının dondurma məhsulları ilə eyni soyuducuda saxlanıldığını, yuma çanaqlarından birinin yararsız vəziyyətdə olduğundan qida məhsullarının yuyulması üçün eyni yuma çanağından istifadə edildiyini, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər təşkil edilmədiyini, havalandırma sisteminin quraşdırılmadığını, soyuducuda qida məhsulları ilə təmasda olan və üzərində qida məhsullarının saxlanması üçün istifadə olunan metal altlıqlar korroziyaya davamlı materialdan təşkil edilmədiyini, tavan səthinin tamlığının pozulduğunu, həmçinin işcilərin tibbi müayinə kitbçalarının olmadığını bildirərək şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 24 iyul 2024-cü il tarixli GDRB-436 saylı qərardan görünür ki, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev. Heydər Əliyev parkı ünvanında planlı yoxlamanın aparılması haqqında qərar qəbul edilimişdir. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 22 iyul 2024-cü il tarixli KY242127903 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə “Oskar” restoranında planlı nəzarətin həyata keçirilməsi qərara alınmışdır. - X4 xx.xx.2024-cü il tarixli GDRB-436 saylı qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242127903 nömrəli çıxarışa əsasən qida məhsullarının təhlükəsizliyinə nəzarət üzrə X13, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev. Heydər Əliyev parkı ünvanında keçiriləcək yoxlama suallarının siyahısı təsdiq olunmuşdur. - Azərbaycan Respublikası Qida Təhlükəsizli Agentliyinin X5 tərəfindən xx.xx.2024cü il tarixdə MN ******* saylı qərar qəbul edilərək X1 Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 600 manat məbləğində inzibati cərimə edilmişdir. - Azərbaycan Respublikası Qida Təhlükəsizli Agentliyinin X5 tərəfindən xx.xx.2024cü il tarixli №GDRB-436 saylı “yoxlamanın nəticələri üzrə” qərar qəbul edilmişdir. - "xxxx" MMC-nin Gəncə Regional poçt filialının 29 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, X10 məxsus olan SS037922158AZ saylı məktubu AZ0100 Abşeron MXŞ-nin müdirinin verdiyi məlumata əsasən xx.xx.2024-cü il tarixdə qohumu Xırdalan şəhər sakini Sevda Məmmədova, AZSS900309105AZ saylı məktubu isə AZ2024 saylı poçt şöbəsinin müdirinin məlumatına əsasən xx.xx.2024-cü il tarixdə H.Əliyev parkında fəaliyyət göstərən “Oskar” restoranının əməkdaşı Rəvan Əhmədov imza edərək qəbul etmişlər. - məhkəməyə təqdim edilmiş foto görüntülərdən aydın görünür ki, yuma çanaqlarından biri yararsız vəziyyətdədir və qida məhsullarının yuyulması üçün bir yuma çanağından istifadə edilir, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər təşkil edilməmişdir. Həmçinin çiy ət məhsulları dondurma məhsulları ilə bir soyducuda saxlanılmış, soyuducuda qida məhsulları ilə təmasda olan və üzərində qida məhsullarının saxlanması üçün istifadə olunan metal altlıqlar korroziyaya davamlı materialdan təşkil edilməmiş, tavan səthinin tamlığı isə pozulmuşdur. Qeyd olunmalıdır ki, şikayətçi ərizəsində yanlışlıqla xx.xx.2024-cü il tarixli №GDRB-436 saylı “yoxlamanın nəticələri üzrə” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə öz təşəbbüsü ilə həmin yanlışlığı aradan qaldırmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Bildirilməlidir ki, həmin iş üzrə inzibati tənbeh vermə haqqında 28 avqust 2024-cü il tarixli MN 18000586 saylı qərar qəbul edilmiş və şikayətçi X1 Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 28 avqust 2024-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Çünki məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2024cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev, Heydər Əliyev parkında fəaliyyət göstərən Elnur Məmmədova məxsus “Oskar” restoranında yoxlama keçirilən zaman məhsulların saxlanılması zamanı mal qonşuluğu qaydalarına riayət edilməmişdir. Belə ki, inzibati tənbeh vermiş orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi foto görüntülərdən aydın görünür ki, yuma çanaqlarından biri yararsız vəziyyətdədir və qida məhsullarının yuyulması üçün bir yuma çanağından istifadə edilir, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər təşkil edilməmişdir. Həmçinin çiy ət məhsulları dondurma məhsulları ilə bir soyducuda saxlanılmış, soyuducuda qida məhsulları ilə təmasda olan və üzərində qida məhsullarının saxlanması üçün istifadə olunan metal altlıqlar korroziyaya davamlı materialdan təşkil edilməmiş, tavan səthinin tamlığı isə pozulmuşdur.Bununla bağlı Elnur Məmmədov barəsində 28 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Onun barəsində qəbul edilmiş qərar qanun əsasında və səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilmiş, o inzibati məsuliyyətə cəlb edilərkən və barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən qanunla müəyyən edilmiş qaydalara əməl edilmişdir. X14 hazırki şikayətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 28 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirsə də, həmin qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Elnur Məmmədovun hazırki şikayətində qeyd etdiyi xüsusatlar onun barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, şikayət təmin edilməməli və X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 28 avqust 2024-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-115, 117, 126, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X9 şikayəti təmin edilməsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinə əsasən 600 (altı yüz) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 28 avqust 2024-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Liza xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3683/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3683/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver