Məhkəmə qərarları › İş №3(125)-3689/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3689/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3689/2024 24.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 24089547 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24089547 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində qanunsuz olaraq İXM-nin 332.3-cü maddəsi ilə xx.xx.2024-ci il tarixində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli EQ 24089547 saylı qərar qəbul edilmişdir. O, bu qərarla razı deyil və qərar ləğv edilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 3(041)-705/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmaqla 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Daha sonra onun tərəfindən Kürdəmir rayon Məhkəməsinin 3(041)-705/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından Apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-420/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli qərarı ilə, onun tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 3(041)-705/2024 nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilməsi, o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində (xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş redaksiyasında) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmış və qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, onun şikayəti təmin edilmiş və X1 qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması hissəsində ləğv olunmuş və məhkəmə prosesi bitdikdən sonra hakim onun sürücülük vəsiqəsi ona təqdim edilmişdir. Lakin, 10 oktyabr 2024-cü il tarixdə, X5 yolunun 4.3-cü km-də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən o. 400 manat cərimələnmişdir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 3(041)-705/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Qərar hazır olduqdan sonra məlumat üçün tərəflərə (ona və AR DİN-nin Baş X6 idarəsinə) göndərilmişdir. Məlumat xarakterli olan məhkəmənin qərarı AR DİN-nin Baş X6 İdarəsinə çatdıqda Baş X6 idarəsinin əməkdaşı qanunsuz olaraq onun nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırılmasını elektron məlumatlara daxil etmişdir. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)- 420/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli qərarı hazır olduqdan sonra məlumat üçün tərəflərə (ona və AR DİN-nin Baş X6 idarəsinə) göndərilməsinə baxmayaraq Baş X6 İdarəsinin əməkdaşı onun nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırmasının götürülməsini elektron məlumat bazaya daxil etməmiş və nəticə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3- cü maddəsinə əsasən 400 manat cərimələnmişdir. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24089547 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək xx.xx.2024-cü il tarixli EQ 24089547 nömrəli inzibati xəta haqqında qərarın qanunsuz olduğunu və ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 3(041 )-705/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmaqla 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmış və həmin qərardan narazı olduğu üçün Şirvan Apellyasiya məhkəməsinə şikayət vermiş, onun şikayəti qismən təmin edilərək Kürdəmir Rayon Məhkəməsinin 3(041)-705/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı X2 nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması hissəsində ləğv edilmiş, lakin 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi hissəsi isə dəyişdirilmədən saxlanılmış və qərar dərhal qanuni qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikasının Baş X6 İdarəsinin əməkdaşı X3 barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırmasının götürülməsini elektron məlumat bazaya daxil etməmiş və nəticə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3- cü maddəsinə əsasən 400 manat cərimələnmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçi X2 əməlində inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Baş X6 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq öz nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş və nəticədə öz sübutlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli EQ 24089547 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 24089547 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar