Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3692/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, ailəli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Şəxs barəsində olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1581/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borcludan cəmi 2705 manat pul alınaraq X3 ödənilməsi qət edilmişdir. Borclu Şəxs qızma tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə 10 gün müddətinə vaxt verilmişdir. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclu idarəyə dəvət olunmuş, izahatı alınaraq ona hüquq və vəzifələri izah olunmuş, borclu izahatında yaranmış borcunu birdəfəlik ödəyə bilməyəcəyini, hər ay 50 manat olmaqla ödəyəcəyini bildirmişdir. Borcluya inzibati məsuliyyətə cəlb olunacağı barədə müxtəlif tarixlərdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş və əmlak vəziyyəti yoxlanılmışdır. Borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak və ya gəlirlər aşkar edilməmişdir.Hal-hazırda qətnamə üzrə mövcud borc 1860 manat təşkil edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X9 protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi imkanı olmadığını, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. Sonda o, icra sənədləri üzrə olan icradan yayınmadığını nəzərə alıb barəsində olan inzibati xəta haqıında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 borclunun borcunu tam şəkildə ödəməsini əks təqdirdə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1581/19 saylı, xx.xx.2019-cu nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2100 manat borc, 525 manat borcun gecikdirilməsinə görə faiz, məhkəmə xərcləri qismində hüquqi yardıma görə 50 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2705 manat pu tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. - 29 iyul 2019-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1581/19 saylı, xx.xx.2019-cu tarixli icra sənədini icraatına qəbul etmişdir. - “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 15 noyabr 2021-ci il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş Şəxs barəsində xx.xx.2022-ci il tarixdə 553230 saylı axtarış işi açılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Barəsində icraat aparılan şəxsin əməlini səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3692/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3692/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver