Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3697/2023 28.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X2, Gəncə Şəhər Dövlət X11 YPX-nin baş inspektor polis serjantı X4 iştirakı ilə, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Dövlət X11 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Dövlət X11 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və başlanılmış icraat xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 Şəhər Dövlət X11 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. X7 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş X7 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, onun avtomobili yol patrul əməkdaşı tərəfindən saxlanılmış, inspektor ona bildirmişdir ki, arxa sol stop işığı işləmir. O, öz növbəsində avtomobildən yeni lampa çıxararaq, arxa stop işığının lampasını dəyişmiş, nasazlığı aradan qaldırmışdır. Lakin yol patrul əməkdaşı buna məhəl qoymamış, artıq inzibati xəta haqqında protokol tərtib etdiyini əsas gətirərək hadisə yerindən uzaqlaşmışdır. Barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Gəncə Şəhər Dövlət X11 YPX-nin baş inspektoru polis serjantı X6 şəxsin saxlanmasının və inzibati məsuliyyətə cəlb edilməsinin videogörüntüsünü əks etdirən DVD diski məhkəməyə təqdim etdi və X5 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş: X5 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X1 və inzibati məsuliyyətə cəlb edilməsinin videogörüntüsünü əks etdirən DVD diskə məhkəməyə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, X5 idarə etdiyi Mercedes markalı avtomobil yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılır. X7 patrul avtomobilinə yaxınlaşır, sonradan öz avtomobilinin arxa hissəsinə yaxınlaşaraq, stop işığının nasazlığını aradan qaldırmağa çalışır. Lakin aradan qaldırmağa müvəffəq olmayaraq, yenidən patrul avtomobilinə yaxınlaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X5 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri iş materialları, videogörüntü ilə öz təsdiqini tapmadığından, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X5 təqsiri təsdiq olunur. Beləliklə, X5 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Dövlət X11 YPX-nin baş inspektor polis serjantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 barəsində xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3697/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3697/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver