Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3698/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ akim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.6-cı maddəsi ilə Gəncə şəhər BPİ-nin X10 şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 335.6-cı ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər BPİ-nin DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Şəxs barəsində 02 dekabr 2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, mülkiyyətində olan “MERSEDES BENZ 210D” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu sərnişin daşınması üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə vermiş və həmin şəxs isə yol hərəkəti qaydalarını pozaraq zərər çəkmiş şəxslərə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, İXM-in 335.6-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, şəkər xəstəsidir və dərman lazım olduğu üçün mülkiyyətində olan “MERSEDES BENZ 210D” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu təmir etmək üçün maşın ustası Bilal adlı şəxsə vermiş, o, isə maşını onun xəbəri olmadan digər şəxsə idarə etmək üçün vermişdir. Sonda, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: -02 dekabr 2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X4 barəsində İXM-in 327.2-ci, 332.7-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törətmişdir. - X1 Gəncə şəhər BPİ-nin DYPŞ-nə verdiyi izahatdan görsənir ki, 02 dekabr 2023-cü il tarixdə saat 21:40 radələrində etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etdiyi “MERSEDES BENZ 210D” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusunun əylək sistemində nasazlıq yarandığı üçün idarə etməni itirmiş, əks istiqamətə çıxaraq dayanıqlı vəziyyətdə olan “Opel” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı və “MERSEDES C200” markalı “**-DV-***” dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. -“Qüsur aktından” görünür ki, X2 məxsus “Opel Astra” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə (ehtiyyat hissələri 970 manat, xidmət haqqı 800 manat) ümumilikdə 1770 manat zərər dəymişdir. -“Qüsur aktından” görünür ki, X5 məxsus “MERCEDES C-200” markalı “**-DV-***” dövlət qeydiyyat nişanlı avtomobilinə (ehtiyyat hissələri 1450 manat, xidmət haqqı 1200 manat) ümumilikdə 2650 manat zərər dəymişdir. Azərbaycan Respublikası İXM-in 335.6-ci maddəsinə əsasən bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müharibədə iştirak etməsi və şəkərli xəstə olması onun məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbacan Respublikası İXM-in 335.6-cı maddəsi ilə tənbeh tədbiri görülməlidir. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40- 43, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs 02 dekabr 2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.6- cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3698/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3698/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver