Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3701/2023 27.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs X4, X1 nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra idarəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri İcra idarəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 19 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası X1 xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli və Bakı Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli qərarlarına əsasən Şəxs cərimə edilmişdir. İnzibati xəta haqqında protokola əlavədə qeyd edilmişdir ki, Şəxs Azərbaycan Respublikası Qida X2-Daşkəsən regional bölməsi tərəfindən ******* saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1500 manat, ******* saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1500 manat və Bakı Baş Gömrük İdarəsi tərəfindən 00100/02610 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 112 manat cərimə edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və izahatı alınmışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Bu günə borc 2535 manat təşkil edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf etmiş, hazırda işə qəbul olunduğunu bildirərək borcun tamamilə ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru izahatında bildirmişdir ki, protokol tərtib edildikdən 3(üç) gün sonra borclunun rəsmi surətdə işə qəbul olunduğunu təsdiqləmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi izahatında bildirmişdir ki, borc maaşa yönəldikdən sonra icra idarəsi vasitəsi ilə cəmi 577 manat tutulma edilmiş, qalan borcun hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Çünki işə məhkəmədə baxılan zaman Şəxs tətbiq edilmiş inzibati cərimənin hissəhissə ödənilməsi barədə razılığa gəldikləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin Qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, tərəflər cəriməni hissə-hissə ödənilməsinə dair razılığa gəldikləri üçün Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs 19 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3701/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3701/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver