Məhkəmə qərarları › İş №3(125)-3707/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3707/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3707/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi X2, X9 haqqında protokol tərtib edilmiş “Abadlıq” tikinti materialları istehsalı firmasının nümayəndəsi(direktor) X3 iştirakları ilə, “Abadlıq” tikinti materialları istehsalı firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru Abdsalamov Rəfael oğlu tərəfindən tərtib edilmiş, hüquqi şəxs “Abadlıq” tikinti materialları istehsalı firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 03 oktyabr 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Gömrük İdarəsi, X1 və Təhqiqat şöbəsinə xx.xx.2024-cü il tarixli 3-33-1600/012/003180 saylı raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhəri Poçt qutusu ünvanında qeydiyyatda olan “Abadlıq” tikinti materialları istehsalı firması tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli, **********2891 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəyəri 1461.25 ABŞ dolları olan “İnşaat işlərində istifadə olunan gips bağlayıcı” yükü Gəncə gömrük idarəsində rəsmiləşdirilərək Gürcüstan Respublikasına ixrac edilmişdir. “Abadlıq" tikinti materialları istehsalı firması tərəfindən xx.xx.2024-cü il tarixli, **********2891 sorğu nömrəli gömrük bəyannaməsilə ixrac edilən yükün dəyərinin 393.00 ABŞ dolları firmanın müvəkkil bank hesabına daxil olmuş və bəyannamənin qalıq məbləği olan 1068.25 ABŞ dolları valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Gəncə şəhəri Poçt qutusu ünvanında geydiyyatda olan “Abadlıq" tikinti materialları istehsalı firması barəsində aparılan araşdırma ilə əlaqədar olaraq firmanın qeydiyyatda olduğu ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1600/2-001169/2024 saylı məktub göndərilərək xx.xx.2024-cü il tarixdə və bundan əlavə firmaya məxsus 055 ***-**-** mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılaraq işin hallarının araşdırılması məqsədilə nümayəndə Gəncə Gömrük İdarəsi X11 (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuşdur. Lakin, bu günə kimi firmanın heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsinin X11 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, 00900-00491/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-cı il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları"-nın 12.2-ci bəndinin tələbinə əsasən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma ilə əlaqədar ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş yuxarıda geyd edilən bəyannamə üzrə yükün dəyərinin qalıq məbləği olan 1068.25 (bir min altmış səkkiz dollar iyirmi beş sent)ABŞ dollarının Azərbaycan manatına nisbəti bəyannamənin 23-cü qrafasında bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu qeyd edilmiş və beləliklə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 1816.02 (bir min səkkiz yüz on altı manat iki qəpik) AZN təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeyd hissəsində: “az miqdar” dedikdə qaytarılmamış xarici valyuta vəsaitinin 20000 (iyirmi mini) manatadək olan məbləği başa düşülür. Beləliklə də, Gəncə şəhəri Poçt qutusu ünvanında qeydiyyatda olan “Abadlıq” tikint materialları istehsalı firması ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 1816.02 (bir min səkkiz yüz on altı manat iki qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə “Abadlıq” Tikinti Materialları İstehsalı firması tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında X9 haqqında iş üzrə icraat aparılan “Abadlıq” Tikinti Materialları İstehsalı firmasının nümayəndəsi X5 bildirdi ki, "xxxx"MMC ilə “Abadlıq” tikinti materialları istehsalı firması arasında müqavilə imzalanmış onlar inşaat işlərində istifadə olunan gips bağlayıcıları "xxxx" MMC-yə göndərmişlər, lakin "xxxx" MMC həmin müqavilənin şərtlərini pozmuş göndərilən malların dəyərini onlara qaytarmamışdır. Onlar bu səbəbdən icrac olunmuş malların müqavilində vəsaitin bank hesabına köçürülməsini təmin edə bilməmişlər. Müqavilə bağladıqları şirkət onları aldatmışdır. Sonda məhkəmədən “Abadlıq” tikinti materialları istehsalı firması barədə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X4 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək X9 haqqında iş üzrə icraat aparılan “Abadlıq” tikinti materialları istehsalı firmasının inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: -Gəncə Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin baş inspektoru Araz Səfərov tərəfindən Gəncə Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən şamil Həsənliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, “Abadlıq” tikinti materialları istehsalı firması tərəfindən Gürcüstan Respublikasına ixrac edilmiş **********2891 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac edilmiş yükün bəyan edildiyi gündən 180 gün ərzində dəyəri 1461.25 ABŞ dolları dəyərində olan yükünün bir hissəsi 393.00 ABŞ dolları ixracatçının hesabına köçürmüş qalan 1068.25(bir min altmış səkkiz dollar iyirmi beş sent) ABŞ dolları dəyərini ixracatçının hesabına köçürülməmişdir. Araşdırma müddətində müəssisəyə yazılı olaraq vəsaitin ixracatçının bank hesabına köçürülməsi haqqında məlumatların Gömrük İdarəsinə təqdim edilməsi və Mərkəzi bankın portalına daxil edilməsi üçün 3-33-1600/2-000848/2024 qeydiyyat nömrəli xəbərdarlıq və 3-33-1600/2- 001030/2024 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Lakin bügünədək “Abadlıq” tikinti materialları istehsalı firması tərəfindən vəsaitin hesablarına daxil olması haqqında bank məlumatları təqdim edilməmişdir. Köçürmənin gecikdirilməsinin araşdırılması və mövcud qanunvericilik tədbirlərinin görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. -xx.xx.2024-cü il tarixli “Abadlıq” tikinti materialları istehsalı firmasına ünvanlanmış Xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997 -ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-ın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Əlavə olaraq bildirilir ki, bu qaydaların pozulmasına görə şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. -xx.xx.2024-cü il tarixli “Abadlıq” tikinti materialları istehsalı firmasına ünvanlanmış “ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankada olan hesablara köçürülməməsi barədə” bildiriş görünür ki, Prezidentinin xx.xx.1997 -ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-ın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bildirilir ki, göstərilən bəyannamələr üzrə ixrac edilən malların müqabilində vəsaitlərin bankda olan hesaba köçürülməsi təmin edilməmişdir. - xx.xx.2024-cü il tarixli, **********2891 nömrəli Gömrük bəyannaməsindən görünür ki, çəkisi 23380.00 kq, dəyəri 1461.13 ABŞ dolları olan “İnşaat işlərində istifadə olunan gips bağlayıcı“ yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasına ixrac edilmişdir. -06 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin “Abadlıq” tikinti materialları istehsalı firmasına ünvanlanmış məktubundan görünür ki, Gəncə şəhəri, Poçt qutusu ünvanında qeydiyyatda olan “Abadlıq” Tikinti Materialları İstehsalı firması tərəfindən xx.xx.2024-cü il tarixli, **********2891 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş “İnşaat işlərində istifadə olunan gips bağlayıcı” yükünün dəyərinin 1068.25 ABŞ dolları 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Faktla bağlı, “Abadlıq” tikinti materialları istehsalı firması barəsində Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində 04.09 2024-cü il tarixli 3-33-1600/012/003180 saylı raport üzrə aparılan araşdırma ilə əlaqədar işin halları ilə bağlı izahat verilməsi üçün səlahiyyətli nümayəndənin (şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə ilə birlikdə) xx.xx.2024-cü il tarixdə saat 16:00-da X11 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməsinin təmin edilməsi xahiş olunmuşdur. -03 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırılma aparılması haqqında Qərardaddan görünür ki,Gəncə şəhəri Poçt qutusu ünvanında qeydiyyatda olan “Abadlıq” tikinti materialları istehsalı firması barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqında iş üzrə icraatın başlanması və inzibati araşdırılma aparılması qərara alınmışdır. -Gəncə şəhər İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X6 Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən gömrük xidməti mayoru Şamil Həsənliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “icraatın başa çatdırılması haqqında” Raportdan görünür ki, Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı gömrük xidməti mayoru X4 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə təqsirli bilinən “Abadlıq” Tikinti Materialları İstehsalı firması barəsində 00900- 00491/24 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırmışdır. İşin icraatı zamanı “Abadlıq” tikinti materialları istehsalı firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. Göstərilənləri nəzərə alaraq “Abadlıq” tikinti materialları istehsalı firması barəsində 00900-00491/24 saylı inzibati xəta haqqında iş üzrə toplanmış materialların aidiyyatı üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. -04 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, “Abadlıq” tikinti materialları istehsalı firması Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətmş və barəsində protokol tərtib edilmişdir. "xxxx" MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materilların baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə protokolu, və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “Abadlıq” tikinti materialları istehsalı firması Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qeyd edildiyi kimi, hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs “Abadlıq” tikinti materialları istehsalı firması tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 1068.25 ABŞ dolları və yaxud 1816.02 manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Bununla da hüquqi şəxs “Abadlıq” tikinti materialları istehsalı firması tərəfindən İXMin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs “Abadlıq” tikinti materialları istehsalı firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, 1816.02(bir min səkkiz yüz on altı manat iki qəpik) manat məbləğinin 30 (otuz) faizi, yəni 544.81(beş yüz qırx dörd manat səksən bir qəpik) miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: “Abadlıq” tikinti materialları istehsalı firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və X9nın bilavasitə obyekti olmuş 1816.02 (bir min səkkiz yüz on altı manat iki qəpik) manat vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında – 544.81 (beş yüz qırx dörd manat səksən bir qəpik) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar