Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3725/2025 08.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 xx.xx.2025-ci il tarixli, EQ 29153495 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan DİN Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29153495 saylı inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə 77NE406 dövlət qeydiyyat nişanlı maşınla Bakı-Qazax yolunun 65.5-ci km-də inzibati xəta törətmişdir. Halbuki həmin vaxt o, Gəncə şəhərində evdə olduğunu, avtomobili isə atasının idarə etdiyini bildirmişdir. Üstəlik onu da qeyd edir ki, həmin onun vaxt ayağı gipsdə olub. Sadəcə olaraq sonuncu etibarnamə ona verildiyi üçün cərimə ona gəlmişdir. Onun isə sürücülük hüququna məhdudiyyət qoyulduğu üçün həmin vaxt ona 400 manat cərimə gəlmişdir. O,qərarın surətini xx.xx.2025-ci il tarixdə aldığını bildirmişdir. S. Məmmədov tətbiq edilən inzibati xəta haqqında qərar ilə razı deyil. Bu səbəbdən barəsində tətbiq olunmuş inzibati tənbeh vermə qərarın ləğv olumasını məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqanın nümayəndəsinə və şikayətçiyə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrininin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati xəta törədilməsi haqqında işə qərarından şikayət verilən orqanın nümayəndəsinin və şikayətçi X1 iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29153495 saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X2 İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Çünki şikayətə əlavə edilmiş fotoşəkildən “TOYOTO” markalı 77NE406 dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq şikayətçi X2 tərəfindən idarə edilməsi aydın olmur. Bundan başqa şikayətçi X1 inzibati xəta törətməsini, yəni sükan arxasında avtomobili idarə etməsi ilə bağlı qaydaları pozmasını təsdiq edən sübutları video görüntü, fotoşəkil və s. inzibati qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.2 75.0.3, 75.0.4, 75.0.5, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İnizbati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət təmin edilir. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Sadalanan qanunvericilik normalarının tələblərinə riayət olunub olunmaması haqqında qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi və həmin inzibati xətanın törədən şəxsin kim olmasını qərara əlavə edilmiş fotoşəkildən aydın olmadığı üçün məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ 29153495 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilmir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İşin xüsusi ilə mühum əhəmiyyətli halı ondan ibarətdir ki, Azərbaycan Respublikası İnzibat İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi başlanılmış inzibati icraata xitam vermənin əsaslarını sadalayarkən inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin zəruriliyini tələb etmiş, inzibati xəta xüsusi texniki vasitənin köməkliyi olmadan qeydə alındıqda isə ona xitam vermənin əsaslarını özündə ehtiva etmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29153495 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29153495 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3725/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3725/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver