Məhkəmə qərarları › İş №3(125)-3729/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3729/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3729/2025 08.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X2 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 27903718 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27903718 saylı inzibati qərarın ləğv edilməsini və iş üzrə inziati icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN-nin Baş DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27903718 nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, sözügedən EQ 27903718 nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur və qəbul edilərkən demək olar ki, qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, sözügedən qərarda İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə olunmağı qeyd edilmişdir, lakin həmin qərar qanusuzdur. Belə ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)- 1106/2025 nömrəli qərarı ilə nəqliyyat vasitələrinin idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Bunu bilən kimi dərhal məhkəməyə müraciət etmiş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-1106/2025 nömrəli qərarı ilə nəqliyyat vasitələrinin idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair qərara xitam verilmişdir. xx.xx.2025-ci il tarixdən sonrakı dövrdə yuxarıda qeyd edilən qərarla nəqliyyat vasitələrinin idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi cərimələnmişdir. Buna görə də hesab edir ki, sözügedən cərimə əsassız və qanunsuz olaraq yazılmışdır və odur ki, qərar ləğv olunmalıdır. Qərarından şikayət verilən orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta törədilməsi haqqında işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etdi. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, EQ 27903718 saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X2 İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. - Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-1106/2025 nömrəli qərarından görünür ki, X1 nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. - Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-1106/2025 nömrəli qərarından görünür ki, X1 inzibati tənbeh edilməsinə dair qəbul edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-1106/2025 nömrəli qərarına xitam verilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir; Şikayətə əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)- 1106/2025 nömrəli qərarından görünür ki, X1 inzibati tənbeh edilməsinə dair qəbul edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-1106/2025 nömrəli qərarına xitam verilmişdir. Lakin şikayətçinin barəsində xx.xx.2025-ci il tarixli, EQ 27903718 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi onun barəsində 400 manat cərimə tətbiq edilmişdir. (İXMnin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir) Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-1106/2025 nömrəli qərarı nəzərə alınmadan şikayətçi X1 barəsində İXM-nin 339.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə nəqliyyat vasitələrinin idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi xx.xx.2025-ci il tarixli, EQ 27903718 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan sözügedən qərar ləğv edilməlidir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, şikayət təmin olunaraq əməlində inzibati xəta tərkibi olmaması əsası ilə X1 barəsindəki qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27903718 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar