Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-373/2022 10.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu, X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair inzibati xəta haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli inzibati protokoldan şikayət ərizəsinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə qərar qəbul edərək şikayətini təmin edib, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin Yol patrul xidmətinin səlahiyyətli vəzifəli şəxsinə göndərilmişdir. Lakin, Bakı şəhər DYPİ-si heç bir dəyişiklik etmədən yenidən qərar qəbul edib. Asanpay sisteminə daxil olmuş İXP ******* nömrəli protokoldan görünür ki, o, xx.xx.2022 il tarixdə Hüseyn Cavid prospektində yolayrıcını keçmə qaydalarını pozmuşdur. Halbuki, o, həmin tarixdə Hüseyn Cavid prospektində olmamışdır. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, xahiş edir ki, onun haqqında tərtib olunmuş ******* saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılsın və Hüseyn Cavid prospektində yerləşən Təhlükəsiz Şəhər Kamerasının görüntülərinə onun iştirakı ilə baxılmasına şərait yaradılsın. Əgər həqiqətən Hüseyn Cavid prospektində qaydanı pozması sübut olunarsa, o, inzibati məsuliyyət daşımağa hazırdır, əks halda həmin qərarın ləğv edilməsini və inzibati protokola xitam verilməsini məhkəmədən xahiş edir. Ünvanına daxil olan xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, inzibati xəta haqqında qərardan vermiş olduğu şikayət natamam olduğu üçün hakim Zaur Hüseynov tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsindən barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə ünvanına daxil olmuşdur. Müraciəti üzrə material Gəncə Şəhər Məhkəməsinin icraatında olmasına və Gəncə Şəhər Nizami və Kəpəz rayon məhkəmələrinin birləşdirilməsinə görə yaranacaq əlavə iş yükünün qarşısını almaq məqsədi ilə həmin qərarı poçt vasitəsi ilə göndərməmişdir. Eyni zmanda həmin qərarı məhkəmə iclasına çağırılacağı zaman birbaşa olaraq iclasda hakimə təqdim etməyi fikirləşir (əlavə olaraq bildirir ki, Gəncə Şəhər Məhkəməsi ilə telefon əlaqəsi saxlayaraq şəxsən əməkdaşlar ilə danışmış, həmin vaxt ona müvafiq qərarı məhkəməyə gələn vaxt təqdim etməyi bildirmişlər). Ona görə də Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsindən barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarını göndərə bilməmişdir. Odur ki. hazırda müraciətini qəbul edib ərizəsinə və vəsatətinə onun iştirakı ilə baxılmasını və Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, X2 məhkəməyə təqdim etdiyi şikayət ərizəsinə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmişdir. Bununla da X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın nömrəsini, həmin qərarın nə vaxt və hansı səlahiyyətli şəxs tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün mübahisələndirilən qərar rəsmi şəkildə əldə edilməli (şikayətin vaxtında verilib-verilmədiyini müəyyən etmək üçün) və həmin qərar şikayətə mütləq şəkildə əlavə olunmaqla məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-373/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-373/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver