Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-373/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X1, Təhsil Respublika İdman X13 Şahmat Məktəbinin etibarnamə üzrə nümayəndəsi X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Təhsil Respublika İdman X13 Şahmat Məktəbinin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Təhsil Respublika İdman X13 Şahmat Məktəbinin məşqçi müəllimi vəzifəsində çalışan X6 məktəbin çıxışındakı pilləkəndən yıxılaraq xəsarət alması ilə bağlı Respublika İdman X13 Şahmat Məktəbinin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 xidmətindən şəhər prokurorluğuna daxil olmuş Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X17 Şahmat məktəbi publik hüquqi şəxsində məşqçi müəllim işləyən X6 xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat materialları daxil olmuşdur. Materiallardan görünür ki, Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 saylı X17 Şahmat məktəbinin publik hüquqi şəxsində məşqçi müəllim işləyən X6 xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində xəşarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı tərtib olunmuşdur. Aktın bədbəxt hadisənin səbəbləri hissəsində göstərilmişdir ki, Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X17.Şahmat məktəbi ilə X10 arasında bağlanmış əmək müqaviləsinin 4.13-cü bəndinin (işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyi öz öhdəsinə götürür) tələblərinə əməl edilməmişdir. Təhqiqat aktının 4.2-ci bəndində isə onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 245-ci (əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənin vəzifələri) maddəsinin 9-cu abzasının (işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini) tələblərinə riayət edilməməsi qeyd olunmuşdur. Həmin təhqiqat aktının əməyin mühafizəsi üzrə qanunvencilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyində göstərilmişdir ki, Komissiya tədqiqat aktının 4.1-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində Təhsl Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X17 Şahmat məktəbinin məşqçi müəllimi X8 ehtiyatsızlığını, 4.2-ci bəndihə əsasan Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X17 Şahmat məktəbinin direktoru Şəxs cavabdehliyini müəyyən etmişdir. Məhkəmə iclasında Təhsil Respublika İdman X13 Şahmat Məktəbinin etibarnamə üzrə nümayəndəsi X9 bildirdi ki, məktəbin inzibati binasının önündəki pilləkən məktəb tərəfindən deyil, onun önünə park salınan zaman icra hakimiyyəti tərəfindən inşa olunmuşdur. Həmin pilləkənin inşası zamanı və ya istifadəsi dövründə onun hər hansı bir normativlərə cavab verməməsi, təhlükəli olması barədə məktəbə məlumat daxil olmamış və ya bu barədə kollektiv xəbərdarlıq edilməmişdir. Yalnız əməkdaşlar məktəb rəhbərliyi tərəfindən məktəb inzibati binasının daxilində hərəkət zamanı ehtiyatlı olmaları barədə şifahi olaraq mütəmadi məlumatlandırılmışlar. Məktəbin məşqçi müəlimi Roza xanım hadisədən bir müddət öncə yıxılaraq ayağından xəsarət almışdır və əsanın köməyi ilə hərəkət edirdi. Baş vermiş hadisədən sonra Roza xanım hadisənin öz diqqətsizliyi ucbatından baş verməsini bildirmiş, məktəb rəhbərliyindən bu hadisə ilə bağlı şikayətinin olmamasını bildirmişdir. İnzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, baş vermiş hadisə ilə bağlı müvafiq sənədlərin tərtibi zamanı işdə inzibati xəta tərkibi yaradan əməlin mövcudluğu qənaətinə ona görə gəlmişlər ki, məktəb rəhbərliyi işçiləri əməyin mühafizəsi normaları barədə şifahi təlimatlandırsa da, bu barədə müvafiq əmr sənədlərin içində mövcud olmamışdır. Yalnız hesab edir ki, hadisənin baş verməsinə və məşqçi müəllimin xəsarət almasına səbəb məktəb direktorunun öz vəzifə öhdəliklərinə səhlənkar yanaşması ilə bağlı deyil. Sadəcə formal sənədləşmənin mövcud olmaması onları bu qənaətə gəlməyə vadar etmişdir. Şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi, yekun qərarın qəbulu zamanı məktəbin təhsil ocağı olmasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X3 bildirdi ki, müvafiq materiallar Əmək Müfəttişliyi Xidmətindən Prokurorluğa daxil olarkən materiallarda inzibati xəta tərkibinin olması artıq təsdiq olunmuşdu. Ona görə də hesab edir ki, məktəb direktoru tərəfindən əməyin mühafizəsi qaydaları barədə təlimatlandırma haqqında əmrin verilməməsi hadisənin baş verməsinə səbəb olmuşdur. Ona görə də barəsində icraat aparılan şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 20 fevral 2023-cü il tarixli Qərardan görünür ki, Təhsil Respublika İdman X13 Şahmat Məktəbinin direktoru Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə icraat başlanmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 fevral 2023-cü il tarixli Qərardan görünür ki, baş vermiş hadisə ilə bağlı hər hansı bir şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 23 dekabr 2022-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş materiallardan görünür ki, hadisə ilə bağlı müfəttişlik tərəfindən müvafiq araşdırma çərçivəsində akt tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş, məktəb kolektivinin nümayəndələrinin hadisə ilə bağlı izahatı alınaraq materiallar Gəncə Şəhər Prokurorluğuna göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib və prokurorun nümayəndəsinin təklifini nəzərə alaraq hesab edir ki, Təhsil Respublika İdman X13 Şahmat Məktəbinin direktoru Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, işə götürənin işçi qarşısında məsuliyyəti yalnız Əmək Məcəlləsinin 191-ci maddəsində göstərilən aşağıdakı şərtlər eyni anda mövcud olduqda yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Hazırki işlə bağlı məhkəmə hesab edir ki, məşqçi müəllim X10 xəsarət almışdır, zərər mövcuddur, məsuliyyətin yaranması üçün ilkin şərt mövcuddur. Barəsində icraat şəxs Şəxs əməyin mühafizəsi işinin təşkili ilə əmr verməməklə qanunazidd hərəkətsizlik göstərmişdir, bununla da məsuliyyətin yaranması üçün ikinci şərt də ödənilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əmr verməməsi ilə məşqçi müəllim, digər ayağından hadisədən bir neçə gün öncə xəsarət almış X6 pilləkəndən yıxılması və xəsarət alması arasında səbəbli əlaqənin mövcudluğu nə iş materiallarından, nə də tərəflərin ifadəsindən görünmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-373/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-373/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver