Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-375/2023 22.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib icra məmuru X5 bildirdi ki, Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 8İ-7553 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs 2057.56 manat məbləğində pul vəsaiti tutularaq tələbkar 'X14" ASC-nin xeyrinə, Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 8İ-5888 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 532.5 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "X14" ASC-nin xeyrinə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3799/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4400 manat pul vəsaiti və 64 manat dövlət f rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-252/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2016 manat məbləğində pul vəsaiti və 52 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Bundan sonra borclu idarəyə çağırılmış və borcunu ödəməsi tələb olunmuşdur. Lakin borclu borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. Bununla da, borclu Hüseynov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, işsiz olduğu üçün borcunu ödəyə bilməmiş, ona vaxt veriləcəyi təqdirdə borcundan imknaı daxilində hissə-hissə ödənişlər ödəyəcəyinə dair söz vermiş və qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Şəxs şikayəti olmadığını və qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Şəxs barəsində onların bir neçə icraat sənədləri olduğunu, heç bir ödənişlər olunmadığını, hətta restrukturizasiyadan sonra da ödənişlər olmadığını bildirmiş, borcun ödənilməsini tələb etmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhəri, 5 saylı Notariat Ofisinin 8İ-7553 saylı, xx.xx.2019-cu il və 8İ-5888 sayl xx.xx.2020-ci il Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3799/21 saylı 22.12.21-ci il və 2(044)-252/22 saylı, 13.01.22-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - xx.xx.2019-cu il tarixli İcra qeydindən görünür ki, X14 ASC-nin xeyrinə Şəxs CP/08456/6 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2037.56 manat, 129.48 manat cərimə, 20 manat dövlət rüsumu ümumilikdə 2057.56 manat tutulması qərara alınmışdır. - xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri, 5 saylı Notariat Kontorunun 7553 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən icraata qəbul edilmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə Şəxs DK/84256/62/29 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 492 manat 50 qəpik, əlavə 40 manat cərimə, 20 manat dövlət rüsumu ümumilikdə 552.50 manat tutulması qərara alınmışdır. - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri, 5 saylı Notariat Kontorunun 5888 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən icraata qəbul edilmişdir. - xx.xx.2020-ciil tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məgkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 3799/2021 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Şəxs 4400 manat və ödənilmiş 64 manat dövlət rüsumu tutulraq TM-2005 MMC-yə ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məgkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-3799/2021 saylı icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən icraata qəbul edilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(044)-368/2022 saylı qərardadından görünür ki, borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(125)-285/2022 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Şəxs xx.xx.2022-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, işsiz olduğu üçün borcunu ödəməyini, işi olduqda ödəyəcəyini bildirmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3799/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3799/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-252/2022 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş cavabdehlər X1 və Şəxs 2016 manat və ödənilmiş 52 manat5 dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məgkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-252/2022 saylı icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən icraata qəbul edilmişdir. - 14 mart 2022-ci il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 8İ-7553 nömrəli, xx.xx.2019-cu il, Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 8İ-5888 nömrəli, xx.xx.2020-ci il, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3799/2021 saylı, xx.xx.2021-ci il və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-252/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-252/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq borcun çox hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə işləmədiyini bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-375/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-375/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver