Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3760/2023 25.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Şəxs barəsində olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2853/2015 saylı, 23 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü Mədinə və xx.xx.2012-ci il təvəllüdlü Sübhanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün, xx.xx.2015-ci il tarixdən başlayaraq, hər ay 75 manat sabit pul pul olmaqla cəmi 150 manat məbləğində alimentin tutularaq tələbkar X4 verilməsi qət edilmişdir. Hazırda barəsində icraat aparılan şəxsin aliment borcu 15300 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru X6 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hazırda qapı və pilləkən ustası kimi fəaliyyət göstərir. İcra vərəqəsi qüvvəyə mindikdən sonra aliment borcu üzrə heç bir ödəniş etməmişdir. İmkanı olmadığı üçün alimenti ödəmir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, borcun tam şəkildə ödənilməsini tələb edir. Əks halda barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: 25 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2853/2015 saylı, 23 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü Mədinə və xx.xx.2012-ci il təvəllüdlü Sübhanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün, Şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq, hər ay 75 manat sabit pul olmaqla cəmi 150 manat məbləğində alimentin tutularaq tələbkar X4 verilməsi qət edilmişdir. 02 dekabr 2015-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmişdir. 29 yanvar 2015-ci il tarixli “İnzibati Məsuliyyətə cəlb olunması barədə” xərbərdarlıqdan görünür ki, Şəxs barəsində 500 (beş yüz) manatdan 1000 (bir min)manatadək cərimə növündə inzibati cərimə tənbehinin tətbiq edilməsi və ya 30 (otuz) gün müddətinədək həbs növündə inzibati tənbehin tətbiq edilməsi barədə “Xəbərdarlıq” edilmişdir. 29 yanvar 2015-ci il tarixli “İnzibati Məsuliyyətə cəlb olunması barədə” sonuncu xərbərdarlıqdan görünür ki, Şəxs barəsində 500 (beş yüz) manatdan 1000 (bir min)manatadək cərimə növündə inzibati cərimə tənbehinin tətbiq edilməsi və ya 30 (otuz) gün müddətinədək həbs növündə inzibati tənbehin tətbiq edilməsi barədə “Xəbərdarlıq” edilmişdir. xx.xx.2016-cı il tarixli Ruhi (Əsgərova) Xəyalə Bəhram qızının ərizəsindən görünür ki, Şəxs heç bir aliment borcunu ödəməyib vəbarəsində axtarış verilməsini xahiş etmişdir. 08 aprel 2016-cı il tarixli “Borclunun axtarılması haqqında“ görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqında Təqdimatdan görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. xx.xx.2019-cu il tarixli Borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2019-cu il tarixli Borclunun məcburi gətirilməsi haqqında qərardan borclu Şəxs barəsində məcburi qaydada gətirilməsi qərarı qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli Borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, borc məbləğini, aliment borcunu qəsdən ödəməməsini nəzərə alaraq, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3760/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3760/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver