Məhkəmə qərarları › İş №3(125)-3777/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3777/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3777/2024 17.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 2-ci X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Daşkəsən rayonu, Zəylik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Daşkəsən rayonu, Zəylik kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, köhnə ət kombinatı ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 17 oktyabr 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 2-ci Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Niyazi Hüseynov tərəfindən tərtib olunmuş 17 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Köhnə ət kombinatı ərazisi deyilən yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəxs Gəncə şəhər 2-ci Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Niyazi Hüseynov izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Köhnə ət kombinatı ərazisi deyilən yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır . Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü ildə dostları ilə spirtli içki qəbul etmişdir. xx.xx.2024cü il tarixdə oğlu Elgün zəng vuraraq evlərinə polis gəldiyini bildirmişdir. O, isə sərxoş vəziyyətdə evə gələrək polisləri görmüş bu zaman yerdən götürdüyü şüşə parçası ilə qollarını kəsmişir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 01:25-də Natavan qəsəbəsində yaşayan X2 DİN-nin 102 xidmətinə müraciət edərək ünvanının yaxınlığında qonşunun avtomobildə yüngül həyat tərzi keçirən qadınla əxlaqsız hərəkətlər etməsi barədə məlumat vermişdir. Əməliyyat qrupunun üzvləri həmin ünvana getmiş həmin şəxslərin şəxsiyyətini müəyyən etmək üçün avtomobildən enmələrəini istəmiş lakin onlar avtomobilin qapısını bağlayaraq düşməmişlər. Bu zaman adı sonradan onlara məlum olan Şəxs onlara yaxınlaşaraq avtomobildəki şəxsin onun qardaşı olduğunu deyərək əlindəki kəsici alətlə sol qolunu kəsmiş, nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. O, isə həmin şəxsi NH-yə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiqi edilmiş Gəncə şəhər 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Rza Məmmədzadə tərəfindən tərtib edilmiş raport və izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:25də Natavan qəsəbəsində yaşayan X2 DİN-nin 102 xidmətinə müraciət edərək ünvanının yaxınlığında qonşunun avtomobildə yüngül həyat tərzi keçirən qadınla əxlaqsız hərəkətlər etməsi barədə məlumat vermişdir. Əməliyyat qrupunun üzvləri həmin ünvana getmiş həmin şəxslərin şəxsiyyətini müəyyən etmək üçün avtomobildən enmələrəini istəmiş lakin onlar avtomobilin qapısını bağlayaraq düşməmişlər. Bu zaman adı sonradan onlara məlum olan Şəxs onlara yaxınlaşaraq avtomobildəki şəxsin onun qardaşı olduğunu deyərək əlindəki kəsici alətlə sol qolunu kəsmiş, nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. O, isə həmin şəxsi NH-yə təhvil vermişdir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 05:05-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 oktyabr 2024-cü il tarixdən saat 05:05-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar