Məhkəmə qərarları › İş №3(125)-378/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-378/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-378/2022 25.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X11 Şöbəsinin polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və materiala əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 16 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində sürücülük hüququ olmaqla özünə məxsus idarə etdiyi “VAZ 21074” markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri Nizami Gəncəvi prospekti ilə üzü aşağı istiqamətdə hərəkətdə olan zaman manevr etmə qaydalarını pozmaqla qarşı hərəkət zolağına çıxaraq yolu sağdan sola keçən piyada X3 ehtiyatsızlıqdan vuraraq sonuncunun alın və ənsə nahiyyəsinin dərialtı hematoması ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 16 fevral 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X11 Şöbəsinin polis mayoru X4 bildirdi ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində haqlı olaraq həmin maddə ilə 16 fevral 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. “VAZ 21074” minik markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur, BC kateqoriyalı AC 636502 seriya nömrəli sürücülük vəsiqəsi vardır. Həmin avtomobillə taksi fəaliyyəti göstərir. 16 fevral 2022-ci il tarixdə saat 19 radələrində Gülüstan qəsəbəsində müştərini düşürdüb tək evə qayıdan zaman “X6” deyilən yerdə Nizami küçəsində işıqforda dayanmış, işıqforun yaşıl işığı yananda avtomobili hərəkət etdirərək işıqfordan təxminən 100 metr aralanmışdır. Avtomobil 20-30 km/saat sürətlə hərəkətdə olarkən o, yolun ortasında bir nəfər qızın dayandığını görmüşdür. Həmin şəxs yolu soldan sağa keçmək istəyirmiş. O, həmin şəxsə çatanda irəli hərəkət etmiş və bu zaman taqqıltı səsi eşitmişdir. Avtomobili təxminən 30-40 metr qabaqda saxlayaraq həmin yerə qayıtmış, bu zaman oraya adamların toplaşdığını, yol polis əməkdaşlarının hadisə yerində olduqlarını görmüşdür. Polis əməkdaşlarına yaxınlaşaraq hadisəni onun törətdiyini bildirmişdir. Hadisə zamanı içkili olmamışdır, ümumiyyətlə şəkərli diabet xəstəsi olduğu üçün spirtli içki qəbul etmir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs “X9” qanunun tələblərini pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli 413 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər alın və ənsə nahiyyəsinin dərialtı hematoması-bərk (küt) əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 16 fevral 2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan 16 mart 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərardaddan görünür ki, “VAZ 21074” minik markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün 16 fevral 2022-ci il tarixdə qeydə alınmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməsi aşkar edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, “VAZ 21074” minik markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün yeri müəyyən edilənə qədər inzibati xəta haqqında işin icraatın dayandırılmışdır. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli “inzibati xəta haqqında işin icraatının təzələnməsi haqqında” qərardan görünür ki, “VAZ 21074” minik markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün yeri müəyyən edildiyinə görə inzibati xəta haqqında işin icraatı təzələnmiş və onun sürücüsü inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən Şəxs inzibati xəta törətməsini səmimi etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar