Məhkəmə qərarları › İş №3(125)-378/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-378/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-378/2023 22.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, Həsənli Qardaşları küçəsi, ev 41 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, Həsənli Qardaşları küçəsi, ev 41 qeydiyyatda olan və yaşayan Şəxs Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)-358/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 5235 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs borcu 5265 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş xx.xx.2021-ci il tarixdə təqdim edilməsinə baxmayaraq tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Bundan əlavə borclunun əmlakları barədə aidiyyatı orqanlara sorğular edilmiş, lakin borclunun adına heç bir dəyərli daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Həmçinin borclu Şəxs qeyd edilən icra sənədi üzrə tələbkara olan pul borcunu tam vaxtında və göstərilən məbləğdə ödəmədiyindən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə tərflərindən müxtəlif tarixlərdə xəbərdarlıqlar edilmiş və izahatı alınmışıdr. Buna baxmayaraq Şəxs borcunu tam ödəməmişdir. Tələb müəyyən edilmiş müddət ərzində borclu Şəxs tərfindən ödənilmədiyindən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. Həmçinin icra sənədinin icrası ilə bağlı borclu Şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə yanaşı, iş üzrə göstərilən tələbi də icra etnəkdən boyun qaçırmışdır.Belə ki, Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, borclu iki ilə yaxın müddət ərzində heç bir ödəniş etməmişdir. Borclunun sistemdə əmək müqaviləsi görünsə də özü də izahatında bildirmişdir ki, həmin yerdə yalnız 10 gün işləmiş, daha sonra işdən çıxmışdır. Borclu ABC Telecomdan adlığı əşyaları da geri qaytarmamışdır. Bu günədək heç bir ödəniş etməmişdir. Eyni zamanda borclu məcburi gətirilmə ilə ölkə hüdüdlarını tərk edərkən Gəncə Beynəlxalq hava limanından məcburi gətirilmişdir.Borclu icra sənədini üzrsüz səbəbdən icra etmir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəməyə maddi imkanı yoxdur. Həmin əşyaları bacısına cehiz almaq üçün götürüb. Anası və atası nitq, eşitmə, görmə qüsurludular. Anasına baxdığı üçün Prezident təqüdçüsdür.Təzəlikcə toy etmişdir. Ona görə də maddi imkanı yoxdur. Təzə övladı olmuşdur. Ölkədən getmək istəməsinə səbəb işləməklə bağlı olmuşdur. Bu halları nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, borclu bugünədək 1 manat da olsun ödəniş etməmişdir. ELə borclular var ki, ayda 5 manat da olsa ödəniş edir. Onlarla bağlı bir tədbir görülməsini xahiş etmirik. Ən azından məhkəmə qətnaməsini hörmət etdiyini və aylıq gücü çatan qədər ödəniş etdiyini nəzərə alırlar. Lakin borclu Şəxs bugündək heç bir ödəniş etməmişdir. Odur ki, onun barəsində həbs növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)- 358/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədindən görünür ki, ümumilikdə 5235 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)-358/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün xx.xx.2021-ci il tarixdə borclu Şəxs 10 gün vaxt verilmişdir. İş materilaına əlavə edilmiş çoxsaylı bildirişlərdən görünür ki, borclu Şəxs icra idarəsinə çağırlmasıyla bağlı çoxsaylı sms bildirişlər göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə Gəncə şəhər Nizami rayon Məhkəməsinə təqdimat verilmişdir. İş materiallarına əlavə edilmiş 24 iyun 2022-ci il tarixli 8(044)-404/2022 nömrəli Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərardadı ilə borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş təqdimatın surətindən görünür ki, borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Gəncə şəhər Məhkəməsinə müraciət edilmişdir. İş materiallarına əlavə xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, borclu icra sənədini qəbul etsə də imkanı ilə bağlı borcu ödəyə bilmədiyini bildirirək, hissə-hissə borcu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu xx.xx.2021-ci il tarixdə borcun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, bugünədək heç bir ödəniş etməmişdir. Borclunun "xxxx" MMC-dən aldığı əşyaları qaytarmamsı, bugünədək qismən də olsa ödəniş etməməsi, onun icra sənədini icra etmə imkanı olmasını lakin icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar