Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3781/2024 18.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, MİDA bina 12, mənzil 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Zərərçəkmiş şəxs Gəncə şəhəri, MİDA sosial binaların həyətində döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, tərtib olunmuş protokolla razıdır, etirazı yoxdur. Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlətmişdir, bundan əvvəl də özünün olmadığı vaxt onun barəsində nalayiq ifadələr işlətmiş, o isə bunu qonşulardan öyrənmiş, daha sonra döymüşdür. Döyülən oğlanın 17 yaşı vardır. Əvvəl zərərçəkmiş şəxslə razılığa gəlsələr də, sonradan yenə şikayətçi olmuşdurlar. Əməlindən peşman olduğunu bildirdi. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X5 göstərdi ki, zərərçəkmiş şəxsin 14 yaşı vardır. Şikayət edən zərərçəkmiş şəxsin anası olmuşdur. Barışmağa meyillidir, ancaq uşağın müalicə xərclərini qarşılamadıqları üçün şikayətçi olmuşdurlar. İnzibati materiala əlavə edilmiş Gəncə şəhər BPİ-in 2-ci Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs Gəncə şəhəri, MİDA sosial binaların həyətində döymüşdür. Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci X4 Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1067 saylı rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənəddə yazılanlara əsasən Zərərçəkmiş şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla, həmçinin özünün etirafedici izahatı ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmayan şəxsə qarşı inzibati xəta törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 18:10-dan hesablansın Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-3781/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3781/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver