Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3781/2025 08.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30757475 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30757475 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 30757475 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 1200 (min iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət icraata qəbul edilmədən X3 geri qaytarılmalıdır. Belə ki, şikayəti X4 versə də, avtomobili X2 idarə etmiş və xx.xx.2025-ci il tarixli, EQ 30757475 saylı qərarla inzibati xətanın X2 tərəfindən törədildiyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də xx.xx.2025-ci il tarixli, EQ 30757475 saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış X1 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, xx.xx.2025-ci il tarixli, EQ 30757475 saylı inzibati tənbeh vermə haqqında elektron qərar X2 barəsində tərtib olunduğundan X4 tərəfindən həmin qərardan verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 109, 114 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 30757475 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3781/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3781/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver