Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3785/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 24225378 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24225378 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24225378 saylı elektron qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Qərarada göstərilənlərə görə o, idarəetmə hüququ olan MERSEDES BENZ S500L MİNİK markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Nizami prospektində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmaqla və ya durmaqla Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş. MERSEDES BENZ S500L MİNİK markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. Sonuncu ona avtomobili idarə etmək üçün etibarnamə versə də, avtomobili adətən özü idarə edir. xx.xx.2024-cü il tarixdə Nizami prospektində avtomobili onun sahibi X4 idarə edib. Onu da qeyd edir ki, avtomobilin dayandığı yer ikinci zolaq deyil, birinci zolaqdır və avtomobili idarə edən X4 həmin vaxt avtomobilin içərisində olub, yəni avtomobili müvəqqəti dayandırmışdır. Belə olan halda DYP-nin avtomobilin dayanma və durmasına görə cərimə yazması qanunun tələblərinə ziddir. Qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, fotoşəkillər yalnız arxadan çəkilib, halbuki avtomobilin dayanmasını və ya durmasını müəyyən etmək üçün avtomobilin içərisinin şəkilləri çəkilməli idi. Buna görə həmin fotoşəkillər xəta törədilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz xx.xx.2024-cü il tarixdə yenə avtomobili öz sahibi X4 idarə edərkən, Nizami prospektində hərəkətdə olan zaman başqa avtomobilin onu üzərinə gəldiyinə görə qoşa xətti tapdalamaq məcburiyyətində qalıb. Lakin ona cərimə svetoforun qırmızı işığında keçməyə görə yazılıb. Bu isə onu göstərir ki, X7 qeyd edilən avtomobillə bağlı səhv qərarlar verir. Hesab edir ki, yuxarıda qeyd edilənlərin araşdırılması üçün avtomobilin sahibi X4 hazırki işə cəlb edilməlidir Ona görə də, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24225378 sayli inzibati xəta haqqında qərar əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 24225378 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 24225378 nömrəli qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Nizami prospekti ərazisində saat 11:47 radələrində ona məxsus “Mercedes Benz S500L” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.4 (Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 İXMnin 346.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, onun barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə əlavə araşdırma aparılmalı və əlavə araşdırma aparıldıqdan sonra tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin həmin inzibati xətanı törədib-törətməməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində qeyd olunur ki, Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən bütün faktiki hallar araşdırılmadığından xx.xx.2024-cü il tarixli EQ 24225378 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X3 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən avtonəqliyyat vasitəsinin həqiqətən də barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən idarə edilib-edilməməsi aydınlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli EQ 24225378 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3785/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3785/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver