Məhkəmə qərarları › İş №3(125)-3788/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3788/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3788/2025 03.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1ci maddələri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2025-ci ildə Şəxs Gəncə şəhəri 1 saylı kollecin yaxınlığında olan zaman Gəncə Şəhəri BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri Narkoloji Dispanserinə aparılmış, orada alınmış analizlə AMP aşkar edilmişdir. Bundan əlavə Şəxs polis əməkdaşları onu saxlayan zaman ucadan nalayiq ifadələr işlədib polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, narkotikdən istifadə etməmişdir. Bu gün saat 10-11 arası polislər onu evdən götürüb, şöbəyə gətirmişdir. “Youtube” platformasında polislərlə bağlı xoşagəlməz sözlər yazmışdır. Əməlindən peşmandır. Polisə qarşı nalayiq ifadələr işlətmədiyini və sudurğası olduğunu göstərərək, barəsində həbs seçilməməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri 1 saylı kollecin yaxınlığında olan zaman Gəncə Şəhəri BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri Narkoloji Dispanserinə aparılmış, orada alınmış analizlə AMP aşkar edilmişdir. Bundan əlavə Şəxs polis əməkdaşları onu saxlayan zaman ucadan nalayiq ifadələr işlədib polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Fariz Zeynalov tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində İXM-in 206-cı, 510-cu və 535.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-ə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair xx.xx.2025-ci il tarixli, 1564 nömrəli rəyin surətindən görünür ki, X2 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metanfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, 4093/2025 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidikdə AMP (amfetamin) aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını inzibati materialla birlikdə araşdırıb, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xırda xuliqanlıq etməsinin və polisin qanuni tələbinə qəsdən tabe olmamasının nədə ifadə olunması məhkəmə araşdırması zamanı sübut olunmadığından İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yenidən inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə barəsində təqsirli bilindiyi İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün həmin maddələr üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar