Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-379/2023 22.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X1, Musayev Musa Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs, icra məmuru X4, barəsində icraat aparılan iştirakı ilə Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və onun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 bu protokolu tərtib etmişdir ondan ötrü ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 1622/2019 nömrəli qətnaməsi əsasında hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcu 4650 manat təşkil edir. Borclu Şəxs izahatı alınmışdır.O, izahatında hazırda aliment borcundan ödəniş etmək üçün imkanının olmadığını bildirmişdir. Borclu Şəxs Əlfımayıl oğlunun əmlak vəziyyəti araşdırılmış, tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Əlfımayıl oğlu AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətam törətmişdir. Məhkəmə iclasında icra məmuru əlavə olaraq bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Əlfımayıl oğlu İXM-nin 528.1-ci maddəsi ilə 10 gün inzibati həbs tənbehi almışdır. Bundan sonra Şəxs yenə də alimenti hər ay ödəməmiş, buna görə də İXM-in 528.1-ci maddəsi ilə protocol tərtib etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs borcun ödənilməsini tələb etdiyini, əks təqdir də Şəxs Əlfımayıl oğlunun qanunla tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs Əlfımayıl oğlu maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, işləyərək hər ay borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Məhkəmədə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığı və natamam olduğu müəyyən edilmişdir. Belə ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Çünki həmin maddəyə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Lakin Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə 10 gün inzibati həbs tənbehi aldıqdan sonra həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətməsi Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə görə 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1.4 və 100.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. - 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, yəni Şəxs törətdiyi inzibati xəta düzgün tövsif olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə iclasında iştirak edən şəxslər inzibati xəta haqqında protokolun qaytarılmasını məhkəmənin mülahizəsinə buraxmışlar. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar Gəncə şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. Sərdlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-379/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-379/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver