Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-38/2023 10.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X2 və Şəxs MMC-nin etibanamə üzrə nümayəndəsi X9 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Prokurorluğundan vətəndaş X10 və X17 əmək müqaviləsi olmadan əməyə cəlbi ilə bağlı Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Gəncə Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işindən ayrılmış Gəncə şəhərində yerləşən metal qəbulu sexində işçilərin əmək müqaviləsi olmadan işlədilmələri barədə material daxil olmuşdur. Həmin material üzrə izahat vermiş X27 göstərmişdir ki, 2015-ci ildən Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Museyib Bağırov küçəsinin kəsişməsində yerləşən əlvan-metal qəbulu məntəqəsində işləyir. Həmin əlvan-metal qəbulu məntəqəsi X21 (055.688.22.33) və qardaşı X13 (055.516.09.06) məxsusdur. Həmin şəxslərin ikisini də məntəqənin müdiri kimi tanıyır və hər ikisi əlavə-metal qəbulu məntəqəsinə gələrək qəbul edilən və qəbul ediləcək əlvan-metalların qəbulu ilə bağlı göstərişlər verir. Əlvan-metal qəbulu məntəqəsində işçi olaraq o, tək işləyir və 300 manat əmək haqqı alır. Məntəqəyə yığılan əlvan-metalları hər iki qardaş sataraq yeni əlvan-metal almaqdan ötrü ona pul verirlər, o da alacağı 300 manat maaşı həmin puldan götürür və ya qardaşlardan hər hansısa biri gətirib ona əmək haqqı olan 300 manat pulu verirlər. Həmin məntəqədə əlvan metalları qəbul etməyi ilə bağlı onunla əmək müqaviləsi bağlanmamışdır. O, əmək müqaviləsini görməmiş və həmin əmək müqaviləsinə imza etməmişdir. Onun əlvanmetal qəbulu məntəqəsində vəzifəsi məntəqəyə satış üçün gətirilən metalları qəbul etmək, tərəzidə çəkərək çəkiyə uyğun olaraq pulunu verməkdən ibarətdir. 07 İyun 2022-ci il tarixdə saat 11-12 radələrində əvvəllər tanıdığı X8 işlədiyi Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Museyib Bağırov küçəsinin kəsişməsində yerləşən əlvanmetal qəbulu sexinə əlində ağ rəngli selofan ilə gəldi, selofan torbanın içərisində avtomobil ehtiyat hissələri olduğunu və satmaq istədiyini ona bildirmişdir. Sübhan Haqverdiyev həmin avtomobilin ehtiyat hissələrinin işləmədiyini və ona görə də satmaq istədiyini ona demiş, Sübhan Haqverdiyevin satmaq istədiyi ağ rəngli sellofan torbada olan avtomobil ehtiyat hissələrinə baxmış, ağ rəngli sellofan torbanın içərisində 4 ədəd avtomobil yakırı və 2 ədəd avtomobil sarğısı olmuşdur. O, həmin 4 ədəd avtomobil yakırı və 2 ədəd avtomobil sarğısını tərəziyə qoyaraq çəkmiş və Sübhandan şəxsiyyət vəsiqəsinin surətini almış, ondan aldığı mis qarışıq dəmir əlvan metalından ibarət avtomobil ehtiyat hissələrinin dəyəri olan 50 manat pul vermişdir. 20-25 gün keçmiş olarmış polis əməkdaşları metal qəbulu məntəqəsinə gələrək əlvan metal kimi Sübhandan aldığı avtomobil ehtiyat hissələrinin oğurluq olmasını demişdir. O, X3 aldığı 4 ədəd avtomobil yakrı və 2 ədəd avtomobil sarğısını polis əməkdaşlarına təqdim etmiş və onlar da həmin əşyaları maddi sübut kimi sənədləşdirərək aparmışlar. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobil ehtiyat hissələrini X18 oğurlayaraq satması üçün taksi sürücüsü Sübhana vermiş, Sübhan da həmin avtomobil ehtiyah hissələrini gətirərək əlvan metal kimi ona satmışdır. O, alanda həmin avtomobil ehtiyat hissələrinin oğurluq olmasını bilməmiş və bu barədə Sübhan da ona bir söz deməmişdir. O, Sübhana sonradan zəng vuraraq demişdir ki, oğurluq malı niyə gətirib ona satmışdır, Sübhan da ona demişdir ki, həmin avtomobil ehtiyat hissələrini ona satmaq üçün Fərid vermiş, lakin həmin əşyaların oğurluq olmasını bilməmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şəxs 12 saylı Ərazi Vergilər Departamentində 11 mart 2016-cı il tarixdə qeydiyyata alınmış, Dövlət qeydiyyat (VÖEN) ********** olmuş, təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmuş, Hüquqi ünvanı AZ 2005, ünvan 1a mayalarının miqdarı X21 100 faiz olmuş, Qanuni təmsilçi X14r. Çıxarış xx.xx.2016-cı ildə verilmiş, No **********604000 olmuşdur. Hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən cbir pəncərəş prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X12 Haqqında Şəhadətnamədən görünür ki, No (VÖEN) ********** olmuş, qeydiyyat 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən aparılmış, Qurumun adı Şəxs MMC olmuş, Unvanı AZ 2005, Gəncə şəhəri, Kimyaçılar, ev 3 olmuş, Qeydiyyata alındığı tarix xx.xx.2016-dır. Şəxs MMC-yə 11 mart 2016-cı il tarixdə 12 saylı Ərazi Vergilər Departamentinin rəisi Şahin Eyyubov və Şəxs MMC təsisçisi X21 tərəfindən təsdiq olunmuş Nizamnamə verilmişdir. Materiala əlavə edilmiş Müəssisə haqqında məlumatda göstərilmişdir ki, Şəxs MMC Əlvan Metalların tədarükü istehsalı və satışı ilə məşğul olmuş, fəaliyyət kodu 24450 olmuşdur. Materiala əlavə edilmiş X7 Edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi tarixindən görünür ki, X27 ilə bağlanmış əmək müqaviləsi sonuncu şəhər prokurorluğuna dəvət olunaraq izahatı alınan gün, yəni xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş, həmin vaxtdan əvvəllər isə əmək müqaviləsi olmadan müvafiq işlərə xidmətlərə cəlb edilmişdir. Şəxs MMC-nin təsisçisi X21 qardaşı X10 əlvan metalların qəbulu məntəqəsində müvafiq işlərə xidmətlərə cəlb edilməsi ilə bağlı əmək müqaviləsinin olmamasını bildirmişdir. Şəxs MMC-nin təsisçisi X21 müvafiq sənədləri təqdim etsə də izahat verməkdən imtina etmişdir. X1 istifadəsində olan 055.516.09.06 mobil nömrəsi ilə əlaqə saxlanılsa da, o şifahi olaraq həmin MMC-də rəsmi olaraq işləməməsini və arada əlvan metal qəbulu məntəqəsinə gedərək işlərdə qardaşı Vüqar Şəfiyevə kömək etməsini demiş və yazılı izahat vermək üçün şəhər prokurorluğuna gəlməyəcəyini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin təsisçisi, təmsilçisi və direktoru X21 hüquqi şəxs olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən qardaşı X15 və X22 Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Museyib Bağırov küçəsinin kəsişməsində yerləşən əlvan-metal qəbulu məntəqəsində əlvan metalların qəbulu və satışı işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X6 izahat verərək bildirdi ki, iş materiallarında Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, inzibati xəta üzrə icraatın iştirakçısıının izahatı ilə əməl tam olaraq sübuta yetirilir. Ona görə də, məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 izahat verərək bildirdi ki, X27 ilə Şəxs MMC arasında xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Şəfiyev Vüsal şirkət sahibinin qardaşıdır. Müəyyən işlərin görülməsində rəsmi olmasa da kömək edir, bu işlərin şirkətin işi ilə bağlı olub olmaması barədə məlumatı yoxdur. Əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: X17 inzibati xəta haqqında verdiyi izahatdan görünür ki, Elvin X5 və qardaşı X15 əlvan metal qəbulu məntəqəsinin müdiri kimi tanıyır, və hər ikisi əlavə-metal qəbulu məntəqəsinə gələrək qəbul edilən və qəbul ediləcək əlvan-metalların qəbulu ilə bağlı göstərişlər verir. Məntəqəyə yığılan əlvan-metalları X16 və qardaşı X4 yeni əlvan-metal almaqdan ötrü ona pul verirlər, o da alacağı 300 manat maaşı həmin puldan götürür və ya X16 və qardaşı X10 hər hansısa biri gətirib ona əmək haqqı olan 300 manat pulu verirlər. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şəxs 12 saylı Ərazi Vergilər Departamentində 11 mart 2016-cı il tarixdə qeydiyyata alınmış, Dövlət qeydiyyat (VÖEN) ********** olmuş, təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmuş, Hüquqi ünvanı AZ 2005, ünvan 1a mayalarının miqdarı X21 100 faiz olmuş, Qanuni təmsilçi X14r. Çıxarış xx.xx.2016-cı ildə verilmiş, No **********604000 olmuşdur. Hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən cbir pəncərəş prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X12 Haqqında Şəhadətnamədən görünür ki, No (VÖEN) ********** olmuş, qeydiyyat 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən aparılmış, Qurumun adı Şəxs MMC olmuş, Unvanı AZ 2005, Gəncə şəhəri, Kimyaçılar, ev 3 olmuş, Qeydiyyata alındığı tarix xx.xx.2016-dır. Materiala əlavə edilmiş Müəssisə haqqında məlumatda göstərilmişdir ki, Şəxs MMC Əlvan Metalların tədarükü istehsalı və satışı ilə məşğul olmuş, fəaliyyət kodu 24450 olmuşdur. İş materiallarına əlavə edilmiş 02 dekabr 2022-ci il tarixli Arayışdan görünür ki, X27 xx.xx.2016-cı il tarixdən Şəxs MMC-də anbardar vəzifəsində çalışır. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X27 ilə Şəxs MMC arasında xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məhkəmə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarı və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə inzibati xəta tərkibin əlamətlərinin mövcudluğu tam sübuta yetirildiyindən Şəxs MMC inzibati xətanı törətmiş hesab edilərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati materialda olan sənədlər, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinin izahatının qarşılıqlı tədqiqi nəticəsində əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirib, mövcud sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən vətəndaş X24 münasibətdə əmək müqaviləsi olmadan işə cəlbetmə halı müəyyən edilməsə də, X13 münasibətdə həmin fakt Elvin Əsədinin izahatına əsasən öz təsdiqini tapmış və bu halın həqiqiliyi mübahisə doğurmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə – fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında əldə edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 146 və 147-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-38/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-38/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver