Məhkəmə qərarları › İş №3(125)-3816/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3816/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3816/2023 27.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-140/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1330/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 4.300 (dörd min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə 10 (on) gün müddətinə vaxt verilmişdir. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Həmçinin müxtəlif tarixlərdə borclunun qeydiyyatda olduğu ünvana xəbərdarlıqlar göndərilmiş, lakin Şəxs xəbərdarlıqda göstərilən tarixlərdə çağırış üzrə gəlməmişdir. Borclunun məcburi gətirilməsi barədə təqdimatı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 8(044)-878/18 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təmin edilmiş və icra olunması üçün Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun xx.xx.2018-ci il tarixli təqdimatı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-815/18 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Belə ki, borclu xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə gələrək izahatı alınaraq ona hüquq və vəzifələri izah olunmuş, borclu izahatında aliment borcundan hər ay 50 (əlli) manat olmaqla ödəniş edəcəyini, pul tələbi üzrə olan məhkəmə qərarından narazı olduğunu bildirmişdir. Hazırda aliment üzrə mövcud borc 1290 (min iki yüz doxsan) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru X6 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, həm maddi, həm də sağlamlıq vəziyyəti ona aliment borcundan ödəniş etməyə imkan vermir. Son ödənişi 2 ay bundan öncə etmişdir. Hazırda övladının 23 yaşı var. Onun 18 yaşına çatanadək yığılmış aliment borcundan hissə-hissə ödəniş edir. Pul tələbinə gəldikdə isə həmin borc məbləği nikah pozulan zaman sabiq həyat yoldaşı ilə nigah dövründə almış olduqları mənzilə görə yaranmışdır. Belə ki, həmin mənzilin ipoteka borcundan sabiq həyat yoldaşı onun yerinə 4300 ABŞ dolları ödəniş etmişdir. Həmin vaxt o yıxılmış, çoxsaylı xəsarətlər almışdır. Sabiq həyat yoldaşı onun öləcəyini düşündüyünə görə təcili olaraq onun yerinə mənzilin aylıq ödənişlərindən 4300 ABŞ dolları vermişlər. Həmin borcu da hissə-hissə ödəyəcəyinə söz verir. Hazırda aldığı zədələrdən qolun sınığı və onurğa fəqərəsinin sınığı fəsadları qalmış, yeriməkdə çətinlik çəkir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, borcun tam şəkildə ödənilməsini tələb edir. Əks halda barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: 27 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-140/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1330/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 4.300 (dörd min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. 18 yanvar 2018-ci il və 01 iyun 2023-cü il tarixlərdə “icraata başlamaq haqqında” qərarlar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, inzibati məsuliyyət barədə Xəbərdarlıq borcluya təqdim edilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Məlumat Vərəqindən görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. 27 dekabr 2023-cü il tarixli “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” Qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1330/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 140/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, sağlamlıq vəziyyətini, nəzərə alaraq, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar