Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3828/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Qərar qəbul etmiş şəxs X4, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, Gəncə şəhər DYPŞ tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər DYPŞ tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X6 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o şəxsi avtomobilində hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmış və İXM-nin 327.2-ci maddəsinin tələbini pozduğu bildirilmişdir. O isə ona görə heç bir hərəkət dəyişikliyi və tormozlama baş vermədiyini bildirmişdir. Qərarı qəbul edən polis əməkdaşı isə ona yaxınlaşan polis əməkdaşı olmamışdır. Hadisəni özündə əks etdirən hər hansı bir video görüntü olmamışdır. Odur ki, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X6 izahatında ərizəni müdafiə edərək xx.xx.2024cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş şəxs X7 bildirmidir ki, hadisə zamanı X6 o və ekipaj üzvü tərəfindən saxlanılmışdır. X5 qayda pozuntuusnu bildirmək üçün ekipaj üzvü yaxınlaşsa da qərar onun tərəfindən qəbul edilmişdir. X8 İXMnin 327.2-ci maddəsinin yolayrıcını keçmə qaydalarını pozduğu üçün onun barəsində protokol və qərar tərtib edilmişdir. Bu hal videogörüntü ilə də öz təsdiqini tapır. Odur ki, protokol və qərar düzgün tərtib olunmuşdur. Odur ki, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Gəncə şəhər DYPŞ-nin polis serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Video görüntüdən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə təxminən saat 13:14 radələrində idarə etdiyi Mersedes Benz C180 markalı 20DE538 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi ilə Gəncə şəhəri, H.Əliyev prospekti 72-də yolayrcı keçmə qaydalarını pozmuş yəni, düzünə hərəkətdə olan avtombili gözləmədən sola dönmüşdür. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında qanunun 75-ci maddəsinə əsasən: Yolayrıcılarının keçilməsi İİİ. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Həmin qanunun 76-cı maddəsinə əsasən Nizamlanan yolayrıcıları İ. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Şikayətçi qərarın ləğv edilməsinin əsası kimi protokolun onu saxlayan şəxs tərəfindən tərtib edilməməsi, foto və video görüntünün əlavə edilməməsini və ona görə heç bir hərəkətin dəyişməməsini və tormozloma olmamasını göstərmişdir. Lakin, iş materiallarında olan DVD diskdə olan hadisə yerinin video görüntüsündən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə təxminən saat 13:14 radələrində idarə etdiyi Mersedes Benz C180 markalı 20DE538 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi ilə Gəncə şəhəri, H.Əliyev prospekti 72-də yolayrcı keçmə qaydalarını pozmuş yəni, düzünə hərəkətdə olan avtomobili gözləmədən sola dönmüşdür. Eyni zamanda qərarın X1 digər polis əməkdaşı tərəfindən qəbul edilməsində heç bir prosessual pozuntu olmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 yolayrıcını keçmə qaydasını pozduğu üçün inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3828/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3828/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver