Məhkəmə qərarları › İş №3(125)-3828/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3828/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3828/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1950-ci il tarixdə Göygöl rayonu Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, X6 küçəsi, ev 35 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8 və 332.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, sürücü Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə və etibarnaməsi olmadan idarə etdiyi “Toyota Corolla” minik markalı **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhər, N.Gəncəvi prospekti ilə düzünə hərəkətdə olub, avtomobilin sürətini tam day anmış vəziyyətə gətirməli olduğu halda və manevr etmədən əvvəl baş yolun boş olmasına diqqət yetirməli olduğu halda buna əməl etməyərək Gəncə şəhəri Ordubadi küçəsinə manevr edən zaman Gəncə şəhəri, N.Gəncəvi prospektində baş yol ilə düzünə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə və etibarnamə əsasında idarə etdiyi “VAZ- 21099” markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşmuş, toqquşmanın təsirindən “VA 2-21099” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarəetməni itirərək həmin prospektdə əks hərəkət yolunda dayanmış vəziyyətdə olan sürücü, Şahid2 sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “Toyota Camry” markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “VAZ-21099” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs və həmin avtomobildə sərnişin qismində olan X1 və Şahid1 yüngül dərəcəli bədən xəsarəti almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. bədən xəsarəti almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 19:00 radələrində o, etibarnaməsiz idarə etdiyi “Toyota Corolla” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri N.Gəncəvi prospekti ilə hərəkətdə olub sola, yaşadığı Ordubadi küçəsinə dönmə əməliyyatı etmək istəyərkən görmədiyi üçün “Vaz 21099” markalı avtomobilin hərəkət yoluna çıxaraq toqquşma hadisəsi baş vermişdir. Dərhal idarə etdiyi avtomobili saxlamışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlib “Vaz 21099” markalı avtomobildə xəsarət almış şəxsi xəstəxanaya aparmışlar. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Sərxoşluq müayinəsindən keçmək üçün narkoloji dispanserə gedib həkim tərəfindən yoxlanmış və ayıq olmağı bilinmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı zərərçəkmiş şəxslər yüngül xəsarət almışlar. Hazırda 76 yaşı var. Səhhəti ilə əlaqədar avtomobil idarə edə bilmir. Həmçinin məhkəməyə ərizə təqdim edərək ona sürücülük hüququnun məhdudlaşdırılması cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, inzibati iş üzrə barəsində icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Həmçinin izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz 21099” markalı avtomobillə Gəncə şəhəri prospekti ilə düzünə hərəkətdə olub yaşadığı Göygöl rayonu, Balçılı kəndində gedərkən Ordubad küçəsinin kəsişməsində qarşı tərəfdən gəlib dönmə əməliyyatı etmək istəyən “Toyota Corolla” markalı avtomobilin sürücüsü onun hərəkət yoluna çıxmışdır. Həmin vaxt toqquşma hadisəsi baş vermişdir. Toqquşma hadisəsindən o idarəetməni itirmiş və yolun sol tərəfində dayanmış vəziyyətdə olan “Toyota Camry” markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Qeyd etmişdir ki, həmin vaxt avtomobildə anası X2 və dayısı oğlu Şahid1 olmuşdur. Həmin vaxt Şahid1 xəsarət aldığından hadisə yerinə TTY avtomobili gəlib onu xəstəxanaya aparmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Sərxoşluq müayinəsindən keçmək üçün narkoloji dispanserə gedib həkim tərəfindən yoxlanmış və ayıq olmağı bilinmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, avtomobil hazırda ustadadır, ziyan sığorta şirkəti tərəfindən ödənilib. Qeyd edilənlərin, həmçinin barışıq əldə olunmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ərizə təqdim edərək göstərmişdir ki, inzibati iş üzrə barəsində icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Həmçinin izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 19:00 radələrində oğlu Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21099” markalı avtomobillə xəstəxanadan gələndə Şəxs idarə etdiyi “Toyota Corolla” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz 21099” markalı avtomobili arxa qapı tərəfdən vurmuşdur. Həmin vaxt avtomobili oğlu Zərərçəkmiş şəxs idarə etmiş, özü və bacısı oğlu Şahid1 avtomobildə sərnişin qismində olmuşlar. Özü avtomobilin arxa oturacağının tən ortasında, bacısı oğlu ilə qabaqda, sürücünün yanında əyləşmişdi. Avtomobil həyat yoldaşının adınadır. Həmin vaxt Şahid1 xəsarət aldığından oğlu Elnur TTY-a zəng etmiş, hadisə yerinə TTY avtomobili gəlib onu xəstəxanaya aparmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Avtomobilə vurulmuş ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid1 ərizə təqdim edərək göstərmişdir ki, inzibati iş üzrə barəsində icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Həmçinin digər zərərçəkmiş şəxslərlə eyniməzmunlu izahat verdi. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi və digər zərərçəkmiş şəxs Şahid2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması AR Cinayət Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 (zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə), 332.1 (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci (yolayrıcını keçmə qaydalarının pozulmasına görə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində həmin maddənin tələblərinə uyğun olaraq inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. -Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, onun B kateqoriyalı sürücülük vəsiqəsi var. “Toyota Corolla” minik markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 19:00 radələrində o etibarnaməsiz idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Gəncə şəhəri N.Gəncəvi prospekti ilə hərəkətdə olub sola, yaşadığı Ordubadi küçəsinə dönmə əməliyyatı etmək istəyərkən “Vaz 21099” markalı avtomobilin hərəkət yoluna çıxaraq toqquşma hadisəsi baş vermişdir. Dərhal idarə etdiyi avtomobili saxlamışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlib “Vaz 21099” markalı avtomobildə xəsarət almış kişi cinsli şəxsi xəstəxanaya aparmışlar. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Sərxoşluq müayinəsindən keçmək üçün narkoloji dispanserə gedib həkim tərəfindən yoxlanmış və ayıq olmağı bilinmişdir. -Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi var. “Vaz 21099” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 19:00 radələrində o idarə etdiyi “Vaz 21099” markalı avtomobillə Gəncə şəhəri prospekti ilə düzünə hərəkətdə olub yaşadığı Göygöl rayonu, Balçılı kəndində gedərkən Ordubad küçəsinin kəsişməsində qarşı tərəfdən gəlib dönmə əməliyyatı etmək istəyən “Toyota Corolla” markalı avtomobilin sürücüsü onun hərəkət yoluna çıxmışdır. Həmin vaxt toqquşma hadisəsi baş vermişdir. Toqquşma hadisəsindən o idarəetməni itirmiş və yolun sol tərəfində dayanmış vəziyyətdə olan “Toyota Camry” markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Qeyd etmişdir ki, həmin vaxt avtomobildə anası X2 və dayısı oğlu Şahid1 olmuşdur. Həmin vaxt Şahid1 xəsarət aldığından hadisə yerinə TTY avtomobili gəlib onu xəstəxanaya aparmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Sərxoşluq müayinəsindən keçmək üçün narkoloji dispanserə gedib həkim tərəfindən yoxlanmış və ayıq olmağı bilinmişdir. -Araşdırma zamanı izahatı alınmış X2 və Şahid1 izahatını Zərərçəkmiş şəxs izahatına uyğun verərək onun dediklərini bir daha təsdiq etmişdir. -Araşdırma zamanı izahatı alınmış Şahid2 bildirmişdir ki, onun A BE CE DE kateqoriyalı sürücülük vəsiqəsi var. “Toyota Camry” minik markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 19:00 radələrində o idarə etdiyi “Toyota Camry” markalı avtomobili Gəncə şəhəri N.Gəncəvi prospektində yolun kənarında saxlayaraq yaşadığı ünvana getmişdir. Bir müddət keçdikdən sonra bayırdan səs-küy eşitmiş və bayıra çıxan zaman görmüşdür ki, Gəncə şəhəri N.Gəncəvi prospekti ilə düzünə hərəkətdə olan “Toyota Corolla” markalı avtomobil sol istiqamətə yəni, Gəncə şəhər Ordubadi küçəsinə dönmə əməliyyatı edən zaman Gəncə şəhəri, N.Gəncəvi prospekti ilə düzünə hərəkətdə olan “VAZ- 21099” markalı avtomobilin hərəkət yoluna çıxaraq toqquşmuşlar və toqquşmanın təsirindən “VAZ-21099” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında dayanmış vəziyyətdə olan onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Sərxoşluq müayinəsindən keçmək üçün narkoloji dispanserə gedib həkim tərəfindən yoxlanmış və ayıq olmağı bilinmişdir. -Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1020 saylı rəyindən görünür ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ sağrı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. -Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1021 saylı rəyindən görünür ki, vətəndaş Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ said və sağ sağrı nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, əzilmiş yarası, sağ dirsək, sağ bilək və sağ əl nahiyyələrinin sıyrıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. -Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1025 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ bud nahiyyəsinin və sol dirsək oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. - İş materiallarına Şahid2 məxsus xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək etibarlı olan AE seriyalı, 115983 nömrəli, “A, BE, CE, DE” kateqoriyalı sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, “Toyota Camry" minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əlavə edilmişdir. - İş materiallarına Zərərçəkmiş şəxs məxsus xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlı olan BC seriyalı, 127847 nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, “VAZ 21099" minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və həmin nəqliyyat vasitəsini idarə etmək hüququnun mülkiyyətçi X4 tərəfindən etibar edilən Zərərçəkmiş şəxs etibar edilməsinə dair xx.xx.2023-cü il tarixdə verilmiş, xx.xx.2033-cü il, saat 23:59dək qüvvədə olan etibarnamə əlavə edilmişdir. - İş materiallarına Şəxs məxsus xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək etibarlı olan BC seriyalı, 161525 nömrəli, “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və “Toyota Corolla" minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əlavə edilmişdir. -3206/2025 nömrəli xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. -3207/2025 nömrəli xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. -3209/2025 nömrəli xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şahid2 nəqliyyat vasitəsini idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. -İş materiallarına yol-nəqliyyat hadisəsi yerinin sxemi əlavə edilmişdir. -Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. -Şahid1 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. -X1 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şəxsin etirafedici ifadəsi, inzibati xəta haqqında protokol, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs öz əməlini etiraf etməsini, əməlindən səmimi peşmanlıq keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Şəxs məsuliyyətini məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin məhkəmə iclasında təqdim etdiyi ərizəsini nəzərə alaraq hesab edir ki, ona İXMin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-in səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar