Məhkəmə qərarları › İş №3(125)-3829/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3829/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3829/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Umud oğlunun sədrliyi, X7 oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan- Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 nümayəndəsi Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 (yüz əlli) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus olan “VAZ 21214” minik markalı, “**-XC-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixdə saat 10:21-də Gəncə şəhəri, Atatürk prospekti 262 ilə hərəkətdə olan zaman DYP-nin əməkdaşı- Nümayəndə tərəfindən ona saxla əmri verilmiş və o, avtomobilini saxladıqdan sonra polis Nümayəndə ona yaxınlaşaraq Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinə əsasən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə halına yol verdiyi üçün ona 150 manat, 4 bal dəyərində cərimə protokolu tərtib etmişdir. Qeyd edir ki, Atatürk prospekti 262 ünvanında avtomobil yolu 3 zolaqdan ibarət 2 istiqamətli və 1.5 üfüqi nişanlanma ilə işarələnmiş yoldur və bu yol Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsi ilə nizamlanır. Həmin qanunun 49.3-cü maddəsinə əsasən üç hərəkət zolağı olan iki tərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir. O, hərəkətdə olan zaman yolun sol hissəsi digər nəqliyyat vasitələri ilə dolu olduğundan o yolun orta zolağına keçərək ötmə əməliyyatı etmiş və bu zaman polis Nümayəndə tərəfindən saxlanılaraq cərimə olunmuşdur. Belə ki, qeyd edilən qanunun müvafiq maddəsindən də görünür ki, iki tərəfli 3 hissədən ibarət olan 1.5 üfüqi nişanlanma ilə nişanlanmış yollarda orta zolaqdan ötmə əməliyyatının həyata keçirilməsinə icazə verilir. Barəsində tərtib edilmiş protokolda onun 1.1-tək bütöv xətt, 1.3- qoşa bütöv xətt və 1.11- biri bütöv, biri qırıq-qırıq olmaqla qoşa ağ xəttin tələbləri, eləcə də nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə kimi hallara yol verdiyi qeyd edilib. Sözügedən yolda 1.1, 1.3 və 1.11 xətləri yoxdur və o, əks yola çıxmamışdır. Odur ki, ona yazılmış 150 manat cərimənin ləğv edilməsi barədə şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 məhkəməyə izahat verərək bildirdi ki, məhkəməyə verdiyi şikayətini müdafiə edir. Barəsində tərtib edilmiş protokolun əsassız olduğunu bildirərək xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 nümayəndəsi Nümayəndə məhkəməyə izahat verərək bildirdi ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, X3 Gəncə şəhər, Atatürk prospekti 262 ünvanında birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.6 üfüqi nişanlanma xəttinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Qanuna əsasən 1.6 üfüqi nişanlanma xətti əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir və bu üfüqi nişanlanma xəttinin mahiyyətinin nədən ibarət olmasını bilmək sürücünün borcudur. Odur ki, tərtib edilmiş protokol qanunamüvafiq olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında iş materiallarına əlavə edilmiş DVD-diskdə olan videogörüntüyə baxış keçirilərək müəyyən olunmuşdur ki, X4 xx.xx.2025-ci il tarixdə saat 10:21 radələrində Gəncə şəhəri, Atatürk prospekti 262 ünvanında yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi DVD-diskdə olan videogörüntü ilə tam təsdiq olunur. Belə ki, inzibati xəta törədilən ərazidə - yolda olan qısa qırıq xətlərin uzunluğu və ara məsafəsi yavaş-yavaş azalır, yəni əvvəl uzun və aralı olan qırıq xətlər tədricən daha qısa və daha yaxın vəziyyətdə çəkilib. Bu hal sürücüyə əvvəlcədən xəbərdarlıq edir ki, ötmə əməliyyatını qadağan edən bütöv xətt başlayır. Qeyd edilənlərə əsasən isə qərardan şikayət vermiş şəxs yolun bütöv xətt çəkilmiş hissəsinə çatana qədər hərəkətdə olduğu yolun sol zolağından sağ zolağına keçməklə hərəkətini davam etdirməli idi. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-in müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi X1 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar