Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3835/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, N.Nərimanov rayonu, 4-cü döngə, bina 1, mənzil 2-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 29 dekabr 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 29 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən açar təmiri mağazasında ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən açar təmiri mağazasında ucadan nalayiq ifadələr işlətmiş, daha sonra mağazanın içərisinə daxil olaraq mağazanın bağlandığını mağazanın sahibi olan Turalı təkbətək döyüşə çağırdığını bildirmişdir.Daha sonra ora kənardan adamlar da yığışmışdır. Bu barədə şikayətlər tez-tez daxil olurdu. X8 tərəfindən daxil olmuş şikayət əsasında hadisə yerinə gedilmiş və Şəxs polis əməkdaşları tərəfindən bölməyə dəvət edilmişdir. Araşdırma aparıldıqdan sonra isə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər Tural Quliyevin yanında usta köməkçisi işləmişdir. Daha sonra o işdən çıxmışdır. Onun evindən Tural və yanındakı dostu tərəfindən oğurluq edilmişdir. Onun evindən adi kağız parçası oğurlanmışdır. Həmin oğurluğa görə Tural Quliyev ilə dalaşmışdır. Lakin onu 13 gün tutsalar da Tural Quliyevə heç bir cəza verilməmişdir. 28 dekabr tarixində də Turalla təkbtək dalaşmaq üçün mağazaya getmişdir ki, ədalətsizliyi bərpa etsin. Əməlində qismən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, açar təmiri mağazasında usta işləyir. Şəxs əvvəllər onun yanında köməkçi işləmişdir. Daha sonra özünü yaxşı hiss etmədiyinə görə onu istirahətə göndərmişdir. Daha sonra isə işə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən açar təmiri mağazasında ucadan nalayiq ifadələr işlətmiş, onu təkbətək dalaşmağa çağırmışdır. Bu hadisə dəfələrlə təkrar olunmuşdur. Mağazanı qapsın örtətərk müştərilərə mağazanın bağlandığını bildirirək iş fəaliyyətinə maneə olmuşdur. Hər gün obyektə gələrək onu ağır söyüşlərlə təhqir etmişdir. Artıq özünü cilovlaya bilməyəcəyini, bir hadisə törədəcəyini görüb polisə şikayət etmişdir. Məhkəmə iclasında həmin açar təmiri mağazasında usta işləyən X6 və X2 da X4 ilə eyni məzmunda izahat vermişlər İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 21:45-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş özünün qismən etirafedici izahatı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər sənədləri ilə tam sübuta yetirilir. Belə ki, şahid ifadələri və digər sübutlarla müəyyən olunur ki, Şəxs müəssisənin iş fəaliyyətinin davam etdirilməsinə maenə yaradaraq, ictimai qaydanı pozmuş, ətrafda olan şəxslərin normal iş faəliyyətinin yerinə yetirilməsinə maneə törətmişdir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olunmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510- cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 dekabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3835/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3835/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver