Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3841/2024 24.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, EQ 22501544 nömrəli qərarın icrasına xitam verilməsi barədə X2 tərəfindən verilmiş vəsatət işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X2 vəsatətlə məhkəməyə müraciət edərək inzibati xəta EQ 22501544 nömrəli qərarın icrasına xitam verilməsi xahiş edilmişdir. Vəsatəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, vəsatət və ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir.; X2 tərəfindən təqdim edilmiş sənədlərdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair qərarın surəti əlavə edilmədiyindən hesab edirəm ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Əlavə olaraq vəsatət vermiş şəxsə qeyd edilən natamamlıq aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: EQ 22501544 nömrəli qərarın icrasına xitam verilməsi barədə X2 tərəfindən verilmiş vəsatət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3841/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3841/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver