Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-385/2025 24.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində Gəncə şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X6 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Gəncə şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X6 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Polis kiçik leytenantı Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2025-il tarixli TP ******* nömrəli inzibati haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Bildirir ki, sözügedən xx.xx.2025-il tarixli TP ******* nömrəli X6 haqqında qərar tamami ilə qanunsuzdur və qəbul edilərkən demək olar ki, qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, o, əsas istiqamət ilə hərəkətdə olarkən yolun sağından, yəni qapalı məkandan çıxan avtomobil onun yoluna çıxmış nəticədə yol qəzası baş vermişdir. Hadisəni qeydə alan Gəncə DYPŞ-nin inspektoru Nümayəndə qərəzli şəkildə onun günahkar olduğu qənaətinə gələrək sonda onun təqsirli olmağı ilə nəticələnən qərar qəbul edilmişdir. O bu qərarla razılaşmır. Onun barəsində “X6 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək bildirmişdir ki, 31 dekabr mida yaşayış kompleksinə daxil olarkən Hyundai Sonata markalı avtomobil onun avtomobilinə dəymiş və nəticədə ona 700 (yeddi yüz) manat ziyan vurulmuşdur. Hadisə yerinə gələn Gəncə DYPŞ-nin inspektoru Nümayəndə qərəzli şəkildə onun günahkar olduğu qənaətinə gələrək sonda onun təqsirli olmağı ilə nəticələnən qərar qəbul edilmişdir. O, barəsində tərtib edilmiş “X6 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunur ki, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Onun təqsirli olması “X6 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədən ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına şəkil və video görünütü əlavə edilməmişdir. Məhkəmə tərəfindən Gəncə Dövlət X7 nümayəndəsinin iştiakı və sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilsə də nümayəndəsi məhkəməyə gəlməmiş və verilən sorğuya cavab verilməmişdir.. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmu inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Gəncə X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X6 haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 barəsində X6 haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, X6 haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində Gəncə şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X6 haqqında qərar ləğv edilsin. X2 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-in Gəncə şəhər Baş Polis Dövlət X7 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-385/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-385/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver