Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3852/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X2 tərəfindən tərtib edilmiş, hüquqi şəxs “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə ünvan 1 ünvanında qeydiyyatda olan “X3 yazılım mühendislik sanayi ve ticaret anonim şirketi”-in Azərbaycan Respublikasındakı filialının adına Türkiyə Respublikasından idxal olunan və 53ABZ131/53ABV874 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınan “avtomobil tuneli xəbərdarlıq nişanlarının montajı üçün metaldan lövhə", “Mebellər üçün forneturlar" və "Rəqəmsal kameralar” yüklərinə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi barədə X1 və Təhqiqat şöbəsinə 3-33-1600/012/003280 nömrəli xx.xx.2024-cü il tarixli raport daxil olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olan “X3 yazılım mühendislik sanayi ve ticaret anonim şirketi” nin Azərbaycan Respublikasındakı filialı barəsində aparılan araşdırma ilə əlaqədar olaraq filialın ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1600/2- 001218/2024 saylı məktub göndərilərək Gəncə gömrük idarəsi X5 (Əməliyyat vəTəhqiqat Şöbəsi) dəvət olunmuşlar. Lakin bu günə kimi filialın heç bir nümayəndəsi Gəncə Gömrük idarəsi, X5 (Təhqiqat Şöbəsi) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 21.10,2024-cü il tarixdə 00900-00517/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Beləliklə “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialı tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Bununla şirkət İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialına və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli **********7341, **********7451 nömrəli Gömrük bəyannamələrindən görünür ki, “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”in Azərbaycan Respublikasındakı filialının adına Türkiyyə Respublikasından 53ABZ131/53ABV874 nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Qırmızı körpü” gömrük postundan keçməklə gələn “avtomobil tuneli xəbərdarlıq nişanlarının montajı üçün metaldan lövhə", “Mebellər üçün forneturlar" və "Rəqəmsal kameralar” yükləri daxil olmuşdur. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialına ünvanlanmış 13 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə 53ABZ131/53ABV874 nömrə nişanlı nəqliyyat vasitəsi ilə “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialının ünvanına gələn və xx.xx.2024-cü il tarixli **********7341 və **********7451 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş “avtomobil tuneli xəbərdarlıq nişanlarının montajı üçün metaldan lövhə", “Mebellər üçün forneturlar" və "Rəqəmsal kameralar” yüklərinə gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada əvvəlcədən qısa idxal gömrük bəyannaməsi təqdim olunmaması ilə əlaqədar Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2024-cü il tarixli 3-33-1600/012/003280 saylı raport üzrə aparılan araşdırma ilə bağlı izahat verilməsi üçün “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialının səlahiyyətli nümayəndəsinin (şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə ilə birlikdə) xx.xx.2024-cü il tarixdə saat 12:00-da X5 (Əməliyyat vəTəhqiqat Şöbəsi) gəlməsinin təmin edilməsi tələb olunmuşdur. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialının ünvanına 53ABZ131/53ABV874 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınan “avtomobil tuneli xəbərdarlıq nişanlarının montajı üçün metaldan lövhə", “Mebellər üçün forneturlar" və "Rəqəmsal kameralar” yükləri Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialının İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X3 Yazılım Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti”-in Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3852/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3852/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver