Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3859/2025 20.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin böyük müfəttişi X4 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. Hüquqi şəxs Şəxs barəsində 01 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs Gəncə şəhəri, H.Əliyev pr., Nizami 6 pr. ünvanında xx.xx.2025-ci il tarixdə saat 11:50-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin Reklam fəaliyyətinin monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışır. Şəxs MMC reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmiş, buna görə də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən borcun ƏDV hissəsi ödənilsə də, yayım haqqı borcunun əsas hissəsi ödənilməmişdir, hazırda borc xx.xx.2025-ci il tarixə kimi 2460,43 manat təşkil etsə də, bu ay da daxil olmaqla borc 2760 manatdır. Şəxs MMC hər zaman bu problemi yaradaraq ödənişlərdə gecikmə edir, bilbord tipli qurğu üzrə artıq ödənişlərin edilməsi MMC-nin öz səhvi ucbatından baş verib. Hazırkı işə həmin artıq ödənilmiş pulun heç bir aidiyyəti yoxdur. Odur ki, inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Şəxs MMCnin borcu olduğunu qəbul edir, lakin qeyd edir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən bilbord tipli reklam qurğusu "xxxx" MMC tərəfindən Şəxs MMC-yə icarəyə verilmişdir. Buna baxmayaraq həmin reklam qurğusu ilə əlaqədar ödənişlər həm "xxxx" MMC, həm də Şəxs MMC tərəfindən həyata keçirilmişdir. Belə olduğu halda Şəxs MMC-nin nümayəndəsi tərəfindən məktublarla həm Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə, həm Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə müraciət edilərək ya həmin təxminən 5000-6000 manat məbləğində ödənilmiş artıq pulun geri qaytarılması, ya da Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən bilbord tipli reklam qurğusuna görə edilmiş ödənişlərlə hazırkı borcun əvəzləşdirilməsi təklif edilmişdir. İnzibati xəta haqında protokol tərtib olunduqdan sonra Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi ilə əldə edilmiş şifahi razılığa əsasən 4600 manat məbləğində borcdan 3 dəfə olmaqla, 1300 manata yaxın ödənişlər edilmişdir. Borcun məbləği isə mübahisəlidir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli, 3894 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC tərəfindən (VÖEN **********) Gəncə şəhəri, Heydər Əliyev prospektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələbləri pozulmaqla 36 kv.m2 ölçüdə 2 bilbordda və 64,44 kv.m2 ölçüdə 4 monitorda reklam yayımlamağı aşkar edilmişdir. -xx.xx.2025-ci il tarixli, 11-3-3/2-1194/2025 nömrəli yazılı göstərişdən görünür ki, Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Şəxsndən Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən obyektə aid açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və yerləşdirilməsi üçün icazə verilmiş xx.xx.2025-ci il tarixli İ**********0001, İ**********0002, İ**********0003, İ**********0004, İ**********0005, İ**********0006, İ**********0006 nömrəli icazələrdə nəzərdə tutulan yayım haqqının 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş ƏİV seriyalı, 426193 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzindən görünür ki, həmin yazılı göstəriş xx.xx.2025-ci il tarixdə “Aslanov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixli, 11-3-3/2-1319/2025 nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirakı barədə yazılı bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Şəxsnə Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Şəxs adlı obyekt ilə bağlı nəzərdə tutulan yayım haqqını ödəmədiyi üçün xx.xx.2025-ci il tarixli, 11-3-3/2- 1194/2025 nömrəli yazılı göstəriş göndərilmişdir. Yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 (beş) gün müddət keçməsinə baxmayaraq onun tərəfindən qeyd edilənlər icra edilməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmiş və iştirak etməsi üçün xx.xx.2025-ci il tarixində, saat 11:10-da idarəyə dəvət olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş ƏİV seriyalı, 426194 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzindən görünür ki, həmin yazılı göstəriş xx.xx.2025-ci il tarixdə “Muradov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. -30 dekabr 2020-ci il tarixli, İ**********0232 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 162 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -05 may 2021-ci il tarixli, İ**********0010 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxsnə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Naftalan şəhəri, X3 küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 270 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -19 avqust 2021-ci il tarixli, İ**********0415 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 162 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -20 sentyabr 2021-ci il tarixli, İ**********0082 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxsnə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Naftalan şəhəri, X3 küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 378 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -29 oktyabr 2021-ci il tarixli, İ**********0462 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 162 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -31 yanvar 2022-ci il tarixli, İ**********0577 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 324 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -02 sentyabr 2022-ci il tarixli, İ**********0023 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxsnə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Naftalan şəhəri, X3 küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 324 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -26 sentyabr 2022-ci il tarixli, İ**********0926 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 324 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -06 dekabr 2022-ci il tarixli, İ**********0096 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxsnə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Naftalan şəhəri, X3 küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 324 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -30 yanvar 2023-cü il tarixli, İ**********0023 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 324 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -02 iyun 2023-cü il tarixli, İ**********0022 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxsnə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Naftalan şəhəri, X3 küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 648 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -17 iyul 2023-cü il tarixli, İ**********0203 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 162 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -17 noyabr 2023-cü il tarixli, İ**********0284 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 162 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -17 yanvar 2024-cü il tarixli, İ**********0002 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 162 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -22 may 2024-cü il tarixli, İ**********0060 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi Şəxsnə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cİ il tarixədək Naftalan şəhəri, X3 küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 648 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -31 may 2024-cü il tarixli, İ**********0187 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 162 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -04 sentyabr 2024-cü il tarixli, İ**********0256 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən və qoşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən 6.00 metr x 3.00 metr ölçüdə növü “bilbord”a aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermiş, ödəniləcək yayım haqqının ümumi məbləği 324 manat, aylıq məbləği isə 54 manat olmuşdur. -Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə ünvanlanmış 05 nömrəli, xx.xx.2025-ci il tarixli müraciətdə (həmin müraciət Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin ştampı qeyd edilməklə Quliyeva Çinarə tərəfindən xx.xx.2025-ci il tarixdə imza edilərək qəbul edilmişdir) qeyd edilmişdir ki, Naftalan şəhər girişində "xxxx" MMC-yə məxsus olan reklam qurğusunda 2018-ci il və 2024-cü illər dövründə daimi olaraq kirayələyərək “Azercell” şirkətinin məhsulunu yayımlamışlar. Faktiki olaraq Naftalan şəhəri H.Əliyev prospekti ünvanında yerləşən reklam qurğusuna görə agentlik iki sahibkardan 2018-2024-cü illərdə ayrı-ayrılıqda eyni yayım və rüsum ödənişlərini almışdır. Bir neçə dəfə yazılı və şifahi müraciətlər etsələr də, bu məsələnin həlli barədə əsaslı izah ala bilməmişlər. Reklam regional idarəsinin reklam daşıyıcının individual xəritə ünvan parametrləri qeyd olunduğu və pozuntunun səbəbi müəyyən edildiyi təqdirdə bu illərdə artıq ödəmə vəsatinin geri qaytarılması xahiş edilmişdir. -Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə ünvanlanmış 06 nömrəli, xx.xx.2025-ci il tarixli müraciətdə (həmin müraciət Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin ştampı qeyd edilməklə Quliyeva Çinarə tərəfindən xx.xx.2025-ci il tarixdə imza edilərək qəbul edilmişdir) qeyd edilmişdir ki, xx.xx.2025-ci ildə təqdim edilmiş məktubda əlavə olaraq şirkətinin mövcud borcunun Naftalan şəhərində yerləşən və 2018-2024-cü illər ərzində X6 İdarəsinə artıq ödəmə etdiyi vəsaitlə əvəzləşdirilməsini xahiş etmişdir. Qeyd olunan illər ərzinə "xxxx" MMC və Şəxs şirkətinin bütün ödəmə qəbzləri mövcuddur və tam sənədləri və dəlilləri təqdim edə bilərlər. -Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə ünvanlanmış 07 nömrəli, xx.xx.2025-ci il tarixli müraciətdə qeyd edilmişdir ki, 2018-ci ildən bugünə qədər X6 İdarəsi ilə əməkdaşlıq edir və açıq məkanda yayımladıqları reklamlarda mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq heç bir qanundankənar reklam yayımlamamışlar. 2018-ci ildən bugünə qədər açıq məkanda yayımlanan reklamlara görə ümumilikdə 42640,45 manat dövlət rüsumu, 199553.01 manat ƏDV daxil yayım haqqı ödəmişlər (ilin sonuna qədər bu məbləğ 213936.25 manat olacaq). Naftalan şəhərində H.Əliyev prospektində yerləşən və "xxxx" MMC məxsus bilboard reklam daşıycısında 2018-2024 illərdə “Azercell” şirkətinin reklamını yayımlamışlar və həmin şirkət yayım və rüsum öhdəlik ödənişlərini etdiyi təqdirdə X6 idarəsinə də "xxxx" MMC tərəfindən eyni ödənişlər olunub. Qeyd olunan illər ərzində iki şirkətin bu reklama görə ödəniş sənədləri mövcuddur və bir neçə dəfə Gencə Regional reklam idarəsinə yazılı və şifahi müraciətlər ünvanlansa da, təssüflər ki artıq ödəmələr faktı qəbul edilərək vəsaitin onlara geri qaytarılmasını icra etməyiblər. Gələcəkdə hansısa borcla əvəz olunmasının mümkünlüyünü qeyd ediblər. Hal-hazırda "xxxx" MMC-nin Reklam idarəsinə borc yarandığını nəzərə alaraq artıq ödəmə ilə əvəz olunması və qalan hissənin geri qaytarılması xahiş edilmişdir. -xx.xx.2025-ci il tarixli, 4329 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC tərəfindən (VÖEN **********) Gəncə şəhəri, Heydər Əliyev prospektində “Reklam haqqında” Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli, 11-3-3/2-1194/2025 nömrəli icrası məcburi olan yazılı göstərişin (açıq məkanda yayımın həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin pozulması hallarının aradan qaldırılması barədə) tələblərini icra etməyərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə sənədləri üzrə yayım haqqı borcunu ödəməmişdir. -İş materiallarına sözügedən Gəncə şəhəri, H.Əliyev pr., Nizami 6 pr. ünvanında yerləşən billbordların şəkilləri əlavə edilmişdir. -xx.xx.2025-ci il tarixli MvnoeVn2 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs Məhdud Məsuliyyətli hesabından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin hesabına 74,91 manat məbləğində pul köçürülmüşdür. -xx.xx.2025-ci il tarixli MVcZwZ44 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs Məhdud Məsuliyyətli hesabından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin hesabına 345 manat məbləğində pul köçürülmüşdür. -xx.xx.2025-ci il tarixli MVİqFeE1 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs Məhdud Məsuliyyətli hesabından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin hesabına 863,28 manat məbləğində pul köçürülmüşdür. -Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin məhkəməyə ünvanlandığı Şəxs MMC-in yayım haqqı borcu barədə 11-3-3/2-1463/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-in M**********0002, M**********0003, M**********0004 və M**********0005 nömrəli müraciətləri əsasında ona verilmiş icazə sənədləri üzrə xx.xx.2025-ci il tarixinə qədər 2460,43 manat yayım haqqı borcu mövcuddur. Həmin məktuba əlavə edilmiş 2025-ci il ərzində Şəxs MMC-nə ADRAnin X6 İdarəsinə olan debitor borcu barədə məlumatdan görünür ki, Şəxs MMC-nin xx.xx.2025-ci il tarixə 2460,43 manat borc qalığı yaranmışdır. -"xxxx" ASC-yə məxsus “Birbank Biznes” platformasında olan ödəniş tapşırıqlarından görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin hesabına xx.xx.2025-ci il tarixdə 863,28 manat, xx.xx.2025-ci il tarixdə 863,28 manat və 149,82 manat, xx.xx.2025-ci il tarixdə 74,91 manat və 863,28 manat, xx.xx.2025-ci il tarixdə 345 manat, 74,91 manat və 863,28 manat ödənişlər edilmişdir. -"xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət X2 Heyətinin sədrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2017-2024-cü illər ərzində Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən bilbord tipli reklam qurğusu "xxxx" MMC-yə icarəyə verilmişdir. Sözügedən reklam qurğusunun yayım və rüsum ödənişləri qeyd olunan illər ərzində tam şəkildə "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-3-ci maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 34.1-ci maddəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın : 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 3.3-cü bəndinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. 3.7-ci bəndinə görə müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati xata haqqında iş üzrə icraat materialında olan digər sənədlərlə tam olaraq təsdiq edilir ki, Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən "xxxx" adlı obyektin sahibi Şəxsnə xx.xx.2025-ci il tarixli İ**********0001, İ**********0002, İ**********0003, İ**********0004, İ**********0005, İ**********0006, İ**********0006 nömrəli icazələrdə nəzərdə tutulan 2460,43 manat məbləğində yayım haqqı borcunun 5 gün müddətində ödənilməsi barədə Reklam İdarəsi tərəfindən yazılı göstəriş verilsə də, o, yazılı göstərişdə göstərilən tələblərə riayət etməyərək yayım haqqını ödəməmişdir. Məhkəmə həmçinin yayım haqqının tam şəkildə ödənilmədiyini (ödənildiyi halda belə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında yerinə yetirilməməsi halını) və inzibati xəta hadisəsi olması faktını, həmçinin Şəxs MMC-nin nümayəndəsinin bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini, əksinə Şəxs MMC-nin nümayəndəsinin yayım haqqı borcunun olduğunu etiraf etməsini nəzərə alaraq, hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Naftalan şəhərində yerləşən bilbordla bağlı artıq ödəniş edilmişsə belə, o, səlahiyyətli orqandan tələb edilməli, hazırkı iş üzrə yaranmış borc isə əgər tərəflər arasında əvəzləşmə ilə bağlı başqa razılıq yoxdursa, ödənilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3859/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3859/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver