Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3865/2025 09.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərəçəkmiş şəxs X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı həyat yoldaşı X3 döyməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibini yaratmışdır. Məhkəmə iclasında iştirak edən sahə rəisi X4 çıxışında bildirmişdir ki, vətəndaş X5 yoldaşının döyməsi ilə bağlı mütamadi olaraq DİN-in 102 zəng xidmətinə müraciətlər etmiş, lakin sonradan tərəflər barışdıqları üçün polis şöbəsində icraata xitam verilmişdir. 10 sentyabr 2025-ci il tarixdə vətəndaş Səkinə İmanova əri tərəfindən döyülməsi faktı ilə bağlı yenidən 102 xidmətinə müraciət etmişdir. Dərhal polis əməkdaşlar hadisə yerinə getmiş, bununla bağlı təhqiqat bölməsində araşdırma aparılmış, araşdırma zamanı vətəndaş Şəxs yoldaşını vurduğunu etiraf etmişdir. İfadəsinin sonunda məhkəmədən protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, İmanova Səkinə onun həyat yoldaşıdır, xx.xx.2025-ci il tarixdə yaşadıqları evə çıxarış almaq üçün layihə ölçənlər evə gəlmişlər, bu zaman Səkinə onları söyüb qovmaq istəmişdir. Buna görə onların arasında mübahisə yaranmışdır. O, Səkinəni döydüyünü etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 çıxışında bildirmişdir ki, qaynanası Solmazın niyyəti yaşadığı evi satmaq və onu evdən çıxarmaqdır. xx.xx.2025-ci il tarixdə yoldaşı Baloğlan icraçıların evin lahiyəsini çəkməyə gəldiklərini bildirmiş və bu zaman o, “niyə görə mənim tikdiyim evi çəkir” deyə etirazını bildirmişdir. Belə ki, əri ona səsin çıxsa səni sürütmə çəkəcəm, səni öldürəcəm” demiş, buna baxmayaraq o, narazılığını bildirdikdə qaynı və yoldaşı onu döyüb çölə çıxartmış, qaynanası isə qapını arxadan bağlayıb onu çöldə saxlamışdır. O bildirmişdir ki, dəfələrlə əri Şəxs onu döymüş, lakin ailəsi və uşaqlarına görə əri ilə barışmış və şikayətçi olmamışdır. O, döyülməsinin səbəbkarının qaynanası Solmazın olduğunu bildirmişdir. Daha sonra isə sübut kimi əvvəllər də döyülməsini əks etdirən fotoşəkilləri və səs yazısını əks etdirən fleşkanı məhkəməyə təqdim etmişdir. İfadəsinin sonunda həyat yoldaşı ilə barışmaq niyyətinin olmadığını və sonuncunun inzibati qaydada həbs olunmasını məhkəmədən xahiş etdi.) İş materiallarına əlavə edilmiş: - 26 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2025-ci il tarixli 982 saylı rəyindən məlum olur ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – hər iki bazu və bel nahiyələrinin qançırları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Buna görə də həmin inzibati xətanın onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Şəxs zərərçəkmiş şəxsi vuraraq fiziki ağrı yetirməsi, beləliklə İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ekspert rəyi, barəsində tərtib edilmiş protokol, barəsində İnzibati xəta haqqına icraat aparılan şəxsin öz ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 09 oktyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3865/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3865/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver