Məhkəmə qərarları › İş №3(125)-3866/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3866/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3866/2025 22.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Umud oğlunun sədrliyi, X5 oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş orqan – Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin 10 X4 X9 İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin 10 X4 X9 İdarəsinin rəisi X8 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin 10 X4 X9 İdarəsinin rəisi X8 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin 10 X4 X9 İdarəsi (bundan sonra “İdarə”) onu vəzifəli şəxs qismində AR İXM-nin 266.2-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edərək 3500 AZN məbləğində cərimə edib. Həmin qərar onun tərəfindən poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixində alınıb. Həmin qərarı aşağıda göstərdiyi xüsusatlara əsasən qanunsuz və əsassız hesab edir. Həmin idarə rəhbəri olduğu hüquqi şəxs Gəncə-Şəhər Mənzil Kommunal X1 (bundan sonra “Birlik”) AR İXM-nin 266.2-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2025-ci il tarixli MN 214622 nömrəli protokol tərtib edərək Gəncə Şəhər Məhkəməsinə qərar çıxarılması üçün müraciət edilmişdir. İdarə tərəfindən iddia edilib ki, Birliyin balansında olan Gəncə şəhəri ərazisində yerləşən 100 ha əraziyə malik olan bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ərazisində baş vermiş yanğında Birlik təqsirkardır. Əslində poliqon ərazisinə qanunsuz şəkildə daxil olan naməlum şəxslər tərəfindən törədilən yanğın hadisəsi barədə xəbər veriləndən dərhal sonra onun göstərişinə əsasən yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz təcili tədbirlər görülmüş, əraziyə cəlb edilmiş xüsusi texnikalar vasitəsi ilə həmin yanğın söndürülərək qarşısı alınmışdır. Gəncə Şəhər Məhkəməsi xx.xx.2025-ci il tarixli 3(125)-2939/2025 saylı qərarı ilə həmin protokol ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-115 maddələrinin tələblərini rəhbər tutaraq Birliyin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Gəncə Şəhər Məhkəməsinin həmin qərarından idarə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-523/2025 qərarı ilə apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda barəsində məhkəməyə şikayət ərizəsi ünvanladığı inzibati tənbeh vermə haqqında qərarla bağlı bildirir ki, rəhbəri olduğu Birliyin balansına aid həmin poliqona gün ərzində xüsusi təyinatlı maşınlar vasitəsi ilə 1850 kub metrə yaxın bərk məişət tullantıları daşınır. Onun birbaşa göstərişlərinə əsasən həmin tullantılar müntəzəm olaraq əraziyə təhkim edilmiş nəzarətçilərin nəzarəti altında xüsusi texnikalar vasitəsi ilə əvvəlcədən qazılmış dərin xəndəklərə doldurularaq üstü torpaq örtüyü ilə örtülüb zərərsizləşdirilir. Poliqonun konturları müəyyən edilmiş, sanitar mühafizə zonası təyin edilərək giriş nəzarət postu yaradılıb. X7 İnkişaf Bankının kredit vəsaiti hesabına “Gəncə - Yaşıl Şəhər” proqramı çərçivəsində Avropa standartlarına uyğun yeni poliqonun yaradılması və bərk məişət tullantılarının təkrar emalı imkanlarının inkişaf etdirilməsi tədbirləri nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam edir. İdarə Birliyə qarşı qərəzli mövqe tutaraq son bir ildə dördüncü dəfədir ki, Birlik barəsində AR İXM-nin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edib. Qeyd etdiyi Birliyin balansına aid poliqonda bərk məişət tullantılarının zərərsizləşdirilməsi ilə bağlı tədbirlərin müntəzəm keçirilməsini nəzərə almayıb qərəzli mövqedən çıxış edən idarə tərəfindən vəzifəli şəxs kimi barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN ******* qərarı qərarı qanunsuz və əsassız hesab edir. Odur ki, Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin 10 X4 X9 İdarəsi onu vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarının qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan – Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin 10 X4 X9 İdarəsinin nümayəndəsi Nümayəndə3 Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin 10 X4 X9 İdarəsinin rəisi X8 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli 90535 saylı aktı əsasən, Gəncə şəhər MKTİB-nin balansında olan poliqon ərazisində tullantıların istifadə və ya ləğv edilmə normalarına və qaydalarına əməl edilmədiyi, tullantıların qalaqlanması qaydalarının pozulduğu və yandırılma hallarının olduğu aşkar edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən vəzifəli şəxs qismində barəsində 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-2939/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında iş materiallarında qeyd edilmiş xx.xx.2025-ci il tarixli 90535 nömrəli akta əsasən Gəncə şəhəri MKTİB tərəfindən məişət tullantıları poliqonundan istifadə və norma qaydalarına əməl etmədiyinə görə inzibati xəta törətmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-2939/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər MKTİB-nin barəsində Azərbaycan Respublikasının İXMnin 266.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-523/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-2939/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsinə əsasən: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Gəncə şəhər MKTİB barəsində xx.xx.2025-ci il tarixli 90535 nömrəli akta əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN 214622 nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata Gəncə Şəhər Məhkəməsinin 3(125)-2939/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Lakin bundan sonra Gəncə şəhər MKTİB-nin rəisi X3 barəsində vəzifəli şəxs qismində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yekunda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə Gəncə şəhər MKTİB-nin əməlində inzibati xəta tərkibi mövcud olmadığından (Gəncə Şəhər Məhkəməsinin 3(125)-2939/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə) həmin qurumun vəzifəli şəxsinin də əməlində eyni fakt üzrə inzibati xəta tərkibi mövcud ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin 10 X4 X9 İdarəsinin rəisi X8 tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu mövqeyini həm də onunla əsaslandırır ki, inzibati xəta haqqında protokolda və iş materiallarında X3 tərəfindən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması halına rast gəlinmir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, inzibati xəta haqqında protokolda əsasən yanğın təhlükəsizliyi qaydalarının pozulması halına istinad edilmişdir ki, bu da İXM-nin 266.2-ci maddəsinin dispozisiyası ilə uyğun gəlmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin 10 X4 X9 İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar