Məhkəmə qərarları › İş №3(125)-3867/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3867/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3867/2024 14.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 17 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 17 oktyabr 2024-cü il tarixdə saat 15:15-də Gəncə şəhəri, X16 Prospektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X9 izahat verərək göstərdi ki, Şəxs MMC-in sədri İbrahimov Sədi xx.xx.2024-cü il tarixdə Gəncə Reklam İdarəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 01 il müddətinədək müvafiq reklamın yayımlanmasına icazə verilməsini xahiş etmişdir. Bununla bağlı Şəxs MMC-yə bildiriş ünvanlanmışdır ki, ödəniş olunsun, lakin bununla bağlı heç bir hərəkət edilməmişdir. Onlar yazılış göstəriş ünvanlayaraq reklamın dayandırılmasını və müvafiq icazənin alınmasını bildirmişlər. Şəxs MMC-yə protokolun tərtib edilməsində iştirak etməsi ilə bağlı məktubda ünvanlanmış, lakin protokolun tərtib edilməsində Şəxs MMC-in nümayəndəsi iştirak etməmişdir. Məhkəmədən barəsində icraat aparılan Şəxs MMC-in inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində icraat aparılan Şəxs MMC-in nümayəndəsi X4 bildirdi ki, Şəxs MMC qısa müddət ərzində fəaliyyət göstərmişdir. Onlar Reklam İdarəsinin onlara ünvanladığı yazılı göstərişi qəbul etmiş cavab olaraq bildirmişlər ki, Şəxs MMC-in fəaliyyəti dayandırılıb. Onlar Fəaliyyətlərinin dayandırılması ilə bağlı Vergi İdarəsinədə məktub ünvanlamış və onların fəaliyyətlərinin dayandırılması Vergi İdarəsi tərəfindən nəzərə alınmışdır. Həmin obyektdə Şəxs MMC icarəçi kimi fəaliyyət göstərməyi planlaşdırmış, lakin obyektin sahibi X7 ticarət obyektini digər şəxsə satmışdır. Yeni mülkiyyətçi ilə razılıq əldə edilməmişdir. Faktiki olaraq SƏDİ 1961 MMC-nin ticarət obyektinə heç bir aidiyyəti olmamışdır. X12 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna xx.xx.2024-cü il tarixdə göndərilmiş cavab məktubunu məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: -Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin baş müfəttişi X8 tərəfindən tərtib edilmiş 17 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, 17 oktyabr 2024-cü il tarixdə saat 15:15-də Gəncə şəhəri, X16 Prospektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -12 iyul 2024-cü il tarixli 11-3-3/2-1236/2024 nömrəli yazılı göstərişdən görünür ki, Şəxsndən Gəncə şəhəri, X16 Prospektində yerləşən Şəxs adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuşdur. Bu tələblər yerinə yetirilmədikdə, müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi bildirilmişdir. -“Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli göstəriş xx.xx.2024-cü il tarixdə alıcı Şəxs MMC-yə çatdırılmışdır. -Azərbaycan Respublikası Dövlət X10 Regional İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli 11-3-3/2-2037/2024 saylı məktubundan görünür ki, Şəxs adlı obyektin 12 iyun 2024-cü il tarixli 11-3-3/2-1236/2024 nömrəli yazılı göstərişin alınmasından 5 (beş) gün müddət keçməsinə baxmayaraq bu günədək icazə almadığı və qanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyi üçün barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmiş və qeyd olunan protokolun tərtib edilməsində iştirak etmək üçün 17 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinə dəvət edilmişdir. “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli məktub xx.xx.2024-cü il tarixdə alıcı Şəxs MMC-yə çatdırılmışdır. -Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 12 iyul 2024-cü il tarixli, 2082 nömrəli aktdan görünür ki, Gəncə şəhəri, X16 Prospektində yerləşən Şəxs adlı obyektdə “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun və digər qanunvericilik aktlarını pozmaqla 11,33 m2 ölçüdə fasad reklamı yayımlanması aşkar edilmişdir. -Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 30 sentyabr 2024-cü il tarixli, 4379 nömrəli aktdan görünür ki, Gəncə şəhəri, X16 Prospektində yerləşən Şəxs adlı obyektdə 12 iyul 2024-cü il tarixli 11- 3-3/2-1236/2024 nömrəli icrası məcburi olan yazılı göstərişin tələblərini icra etməyərək Gəncə şəhəri, X16 Prospektində yerləşən Şəxs adlı açıq məkanda 11,33 m2 ölçüdə fasad reklamı yayımlamaqda davam edildiyi aşkar edilmişdir -Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 17 oktyabr 2024-cü il tarixli, 4588 nömrəli aktdan görünür ki, Gəncə şəhəri, X16 Prospektində yerləşən Şəxs adlı obyektdə sahibkarı Şəxs MMC 30 sentyabr 2024-cü il tarixli 11-3-3/2-2037/2024 nömrəli məktubla 17 oktyabr 2024-cü il tarixdə saat 10:00-da barəsində İXM-in 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X12 İdarəsinə dəvət olunsa da, müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir və reklam yayımlanmaqla davam edir. “Foto” şəkillərdən görünür ki, Gəncə şəhəri, X16 Prospektində yerləşən Şəxsadlı obyektinin üzərində reklam vardır. -Şəxs X1 ünvanlanmış “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərüfat subyektinin fəaliyyətinin dayandırılması barədə” məktubdan görünür ki, ŞəxsMMC-in fəaliyyətinin xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. -Şəxs X3 tərəfindən Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinə ünvanlanmış məktubdan görünür ki, ŞəxsMMC uzun müddətdir fəaliyyətini dayandırıb və müəssisə heç bir obyekt üzərində reklam yayımını həyata keçirməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, inzibati protokol tərtib etmiş orqan tərəfindən barəsində icraat aparılan hüquqi şəxsin inzibati xətaya aidiyyəti yalnız onun tərəfindən əvvəllər quruma reklan yayınlama icazəsi verilməsi üçün müraciət ünvanlaması faktı ilə müəyyən edilmişdir. Lakin məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi icazə üçün müraciət ünvanlanmasını təsdiq etsə də faktiki olaraq icarə sövdələşməsinin baş tutmadığını bildirmiş və məhkəməyə bununla bağlı mötəbər sübutları da təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən barəsində icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar