Məhkəmə qərarları › İş №3(125)-3871/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3871/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3871/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 503-cü maddəsi ilə 15 oktyabr 2024-cü il tarixli, 00800-00892/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Gəncə şəhər məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük postundan daxil olmuş xx.xx.2024-cü il tarixli raporta əsasən 01 avqust 2024-cü il tarixdə saat 10:50 radələrində X4 Limanı gömrük postunun qarşısındakı dayanacağında UT743 saylı Moskva - Gəncə aviareysi ilə gələn sərnişinlərdən mobil telefonları toplayaraq idarə etdiyi “Camry” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yerləşdirən, Hacıyev X5 Nəqliyyatında Baş Gömrük idarəsinin X4 Limanı gömrük postunun baş inspektoru gömrük xidməti polkovniki X3 və Hava Nəqliyyatında Baş Gömrek İdarəsinin Əməliyyat şöbəsinin instruktor-kinoloqu gömrük xidmət kapitanı X2 tərəfindən müşahidə olunmuş, vətəndaş Şəxs saxlanılmış və ona məxsus olan mallara ətraflı baxış keçirilməsi üçün inzibati binaya dəvət edilmişdir. Baxış zamanı 6 (altı) ədəd “iphone 13 blue 128 GB” markalı mobil telefonlar və 5 ədəd sadələşdirilmiş bəyənnamə protokol əsasında götürülmüşdür. Şəxs Xalid oğlu həmin telefonları 01 avqust 2024-cü il tarixində Moskva - Gəncə aviareysi ilə gələn müxtəlif sərnişinlərdən qəbul etdiyini bildirmişdir. Qeyd olunan mobil telefonların 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 7500 (yeddi min beş yüz) manat müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana rəsmi məlumat verilsədə, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, protokolda yazılanlarla razı olduğunu bildirmiş və məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -01 avqust 2024-cü il tarixli yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, yoxlama zamanı Şəxs 6 ədəd İMEİ kodları qeyd edilmiş (**********77595/**********20941, **********26732/**********29203, **********83101/**********93164, **********32220/**********44963, **********76638/**********72894 və **********20737/**********75647) “İphone 13 blue 128 GB markalı mobil telefonlar və 5 ədəd sadələşdirilmiş bəyənnamə aşkar edilmişdir. - 23 avqust 2024-cü il tarixdə Şəxs Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 9/6904 saylı rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7500 (yeddi min beş yüz) manat yəni, - 01 ədəd istifadə olunmamış “İphone” markalı, “13” modelli, 128 GB yaddaşlı, mobil telefon – 1250 (min iki yüz əlli) manat; - müəyyən edilmişdir. - Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. - Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 15 oktyabr 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İXM-in 503-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. - icraatın başa çatdırılması haqqında raportdan görünür ki, 15 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində 00800-00893/24 nömrəli inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırılmışdır. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasənİstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Eyni zamanda Şəxs götürülmüş 6 ədəd mobl telefon və 5 ədəd bəyannamə maddi sübut qismində tanınması ilə bağlı hər hansı bir məlumat məhkəməyə təqdim edilməmişdir. Şəxs götürülmüş 6 ədəd İMEİ kodları qeyd edilmiş (**********77595/**********20941, **********26732/**********29203, **********83101/**********93164, **********32220/**********44963, **********76638/**********72894 və **********20737/**********75647) “İphone 13 blue 128 GB markalı mobil telefonlar qanunla nəzərdə tutulmuş rüsumlar ödənildikdən sonra Şəxs qaytarılsın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 25, 40, 43, 53,105, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 7500 (yeddi min beş yüz) manat məbləğinin 30 (otuz) faizi, yəni 2250 (iki min iki yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs götürülmüş 6 ədəd İMEİ kodları qeyd edilmiş (**********77595/**********20941, **********26732/**********29203, **********83101/**********93164, **********32220/**********44963, **********76638/**********72894 və **********20737/**********75647) “İphone 13 blue 128 GB markalı mobil telefonlar qanunla nəzərdə tutulmuş rüsumlar ödənildikdən sonra Şəxs qaytarılsın. İnzibati iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat pul dövlət büdcəsi hesabına ödənilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar