Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3876/2025 22.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X4, tələbkar şəxs X1 etibarnamə üzrə nümayəndəsi və vəkili X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündə borclu Şəxs maddi zərərə görə 24950 (iyirmi dörd min doqquz yüz əlli) manat, təyyarə biletinə sərf edilmiş pulun qarşılığı olaraq 3350 (üç min üç yüz əlli) manat, mənəvi ziyan olaraq 500 (beş yüz) manat, dövlət rüsumu qismində 170 (yüz yetmiş) manat olmaqla cəmi 28970 (iyirmi səkkiz min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 mülki iddiası təmin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2102/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 6000 (altı min) manat alınaraq X2 verilməsi qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Şəxs 28970 və 6000 manat borcu mövcuddur. O, icra sənədi üzrə borcu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmir, çağırışlara gəlmir, zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunun ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X8 ifadəsində Şəxs əvvəllər borcundan heç bir ödəniş etmədiyini və hazırda isə iclas zalında tələbkar X3 400 manat ödəniş edəcəyini bildirmişdir. Digər tələbkar X6 ilə əlaqə saxladıqda dekabr ayından başlayaraq hər ay 200 manat olmaqla ödəniş etməsinə dair borclu ilə öz aralarında razılğa gəldiklərini bildirmişdir. O, borclunun 1100 manat pensiyasının 70 faizinin aliment öhdəliyi olduğundan alimentə tutulduğunu bildirmişdir. İfadəsinin sonunda borcunu ödəmədiyi təqdirdə Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında tələbkar X3 hazırda 400 manat ödəniş etmək istədiyini, daha artıq ödəniş etməyə isə maddi imkanı olmadığını bildirmişdir. O, digər tələbkar X6 ilə arasında borcu hissə-hissə ödəməyə dair razılığa gəldiklərini bildirmişdir. Məhkəmə iclasında vəkil X9 çıxışında bildirmişdir ki, Şəxs 1200 manat pensiya aldığı təqdirdə həmin vəsaitdən 1 manat olsada belə ödəniş etməmişdir. Bildirir ki, 28970 manat məbləğin qarşısında 400 manat çox cuzi vəsaitdir. Sonda məhkəmədən borclunun inzibati qaydada həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar şəxs X7 400 manat ödənişi qəbul etmədiyini, borcunu tam şəkildə ödənilməsini tələb etdiyini bildirərək, əks halda Şəxs inzibati qaydada həbs olunmasını xahiş etdi. İş materiallarında olan: - 10 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 28970 manat X3, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2102/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 6000 manat X2 ödənilməsi qət edilmişdir. - Gəncə şəhər Məhkəməsinin 2(125)-2102/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 6000 (altı min) manat və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 1(125)-117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs maddi zərərə görə 24950 manat, təyyarə biletinə sərf edilmiş pulun qarşılığı olaraq 3350 manat, mənəvi ziyan olaraq 500 manat, dövlət rüsumu qismində 170 manat olmaqla cəmi 28970 (iyirmi səkkiz min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 mülki iddiası təmin edilmişdir. - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” və “tələbin könüllü icrası haqqında” bildirişin surətlərindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2025-ci il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2663/2022 nömrəli, xx.xx.2022ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2102/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6123/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissəhissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 22 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3876/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3876/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver