Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3881/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11-13 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai Veloster” minik markalı 99TL191 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, D.Qorqud küçəsində Dayanmadan hərəkət qadağandır yol nişanının tələblərini pozaraq X2 idarə etdiyi **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Hyundai Veloster” minik markalı 99TL191 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək VAZ-2163 markalı **-BJ-*** nömrəli avtomobillə toqquşmuş nəticədə piyada xəsarət almış və avtombilə ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11-13 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai Veloster” minik markalı 99TL191 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, D.Qorqud küçəsində Dayanmadan hərəkət qadağandır yol nişanının tələblərini pozaraq X2 idarə etdiyi **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Hyundai Veloster” minik markalı 99TL191 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək VAZ-2163 markalı **-BJ-*** nömrəli avtomobillə toqquşmuş nəticədə piyada xəsarət almış və avtombilə ziyan dəymişdir. Materialı gec təqdim etməyə səbəb inzibati icraat aparılan şəxsi tapa bilməmələri olmuşdur. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs barəsində aparılan inzibati icraat dayandırılmamışdır. Məhkəmə iclasında inzibati icraat aparılan şəxs Şəxs etdiyi hərəkətdən peşman olduğunu, bir daha eyni əməllərə yol verməyəcəyini bildirdi. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Eldəniz Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X7 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, inzibati xətalar qanunvericiliyində müvafiq prosessual münasibətləri tənzimləyən norma olmadıqda, cinayət prosessual qanunvericiliyin normalarının analogiya üzrə tətbiq edilməsi mümkündür. Cinayət Prosessual Məcəllənin 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11-13 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai Veloster” minik markalı 99TL191 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, D.Qorqud küçəsində Dayanmadan hərəkət qadağandır yol nişanının tələblərini pozaraq X2 idarə etdiyi **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Hyundai Veloster” minik markalı 99TL191 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək VAZ-2163 markalı **-BJ-*** nömrəli avtomobillə toqquşmuş nəticədə piyada xəsarət almış və avtombilə ziyan dəymiş və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İşin hallarından görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edildiyi tarixindən yəni xx.xx.2024-cü il tarixdən 3 ay müddət keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3881/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3881/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver