Məhkəmə qərarları › İş №3(125)-389/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-389/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-389/2022 25.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X16 Şöbəsinin polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X11 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X11 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və materiala əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 10 may 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində ayıq vəziyyətdə idarə etdiyi “Hundai HD 45” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhər Ü.Hacıbəyli küçəsi ilə Zülfi Hacıyev küçəsi istiqamətində hərəkətdə olub sol tərəf dönmə əməliyyatı edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili manevr etdirməzdən əvvəl idarə etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməməli, hərəkət üçün təhlükə yaratmayaraq hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirərək sola tərəf dönmə əməliyyatı aparmış, bu zaman arxadan onunla eyni istiqamətdə hərəkətdə olan sürücü X9 ayıq vəziyyətdə idarə etdiyi “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək avtomobilin qabaq sağ tərəfi ilə həmin avtomobilin sol yan tərəfindən yolun sağ tərəfindən mərkəzə tərəf 11 metr məsafədə vuraraq toqquşmuş, nəticədə həmin avtomobilin sürücüsü X1 dirsək oynağı nahiyəsinin əzilməsi, sağ dirsək oynağı nahiyəsinin yarası, qançır və sıyrığı xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmin avtomobildə olan sərnişinlər X7 alın nahiyəsinin dərialtı hematoması (qançır və şişkinliyi), hər iki gözün üst qapaqlarının və döş qəfəsinin ön səthinin qançırları xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, X5 alın nahiyəsinin əzilmiş yarası, sağ almacıq nahiyəsinin səthi yarası, alın və sağ almacıq nahiyələrinin dərialtı hematoması, sol dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, X6 məxsus VAZ-2106 markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək avtomobilə isə 2453 manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 05 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X16 Şöbəsinin polis mayoru X8 bildirdi ki, Quliyev X4 Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində haqlı olaraq həmin maddə ilə 05 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, o, rəsmi olaraq işləmir, lakin idarə etdiyi “Hundai HD 45” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıma ilə məşğuldur. Avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Hundai HD 45” markalı **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Dəyirman dairəsi” adlanan ərazidən “Savxoz Nizami” istiqamətində saatda 20-25 km/saat sürətlə hərəkətdə olan zaman Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində sola dönmə işığını yandırmış və yolun sol hissəsini tutaraq dönməyə hazırlaşmışdır. Həmin yerdə qoşa xətt qırıq hissələrə bölünmüş və oradan dönməyə icazə verilmişdir. O, sola dönmə işığını yandırdıqdan sonra yerində dayanaraq qarşı tərəfdən gələn avtomobillərin gəlib keçməsini gözləyərkən anidən arxasından tormoz səsi eşitmiş və yan güzgüyə baxaraq yüksək sürətlə hərəkət edən avtomobili görmüş, anlamışdır ki, həmin avtomobil onun idarə etdiyi avtomobillə toqquşacaq. Bunun üçün avtomobili az məsafədə hərəkət etdirmiş və həmin avtomobil onun avtomobilinin sol yan hissəsi ilə toqquşmuşdur. O, dərhal avtomobilindən yerə enmiş, bundan sonra hadisə yerinə tanımadığı şəxslər toplaşmış və həmin şəxslər hadisə yerinə təcili tibbi yardım maşını çağırmışlar. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli 8/1464 nömrəli ekspert rəyindən görünür ki, “Hyundai HD45” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həimn maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisəin qarşısını alınması ilə əlaqədar hərəkətləri texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən Şəxs inzibati xəta törətməsini səmimi etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar