Məhkəmə qərarları › İş №3(125)-390/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-390/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-390/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərov Firəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin Gəncə Regional Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Gəncə Regional şöbəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Gəncə Regional şöbəsindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. X8 barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Mersedes” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarə etdiyi mikroavtobusda Gəncə şəhəri, 77-nömrəli kollecin qarşısında saat 15:55-də aparılan yoxlama zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələb olunan sənədləri, fərqlənmə nişanını təqdim etməmişdir, bununla da o, İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin Gəncə Regional Şöbəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda texniki səhvə yol verilmiş, ad düzgün qeyd edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X6 lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir X8 barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və material natamam olduğundan, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.1.3-cü maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilməlidir. Fərdi identifikasiya nömrəsinin protokolda göstərilməsi ona görə vacibdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olsun. Lakin, X8 barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda X4 fərdi identifikasiya nömrəsi (şəxsiyyət vəsiqəsi) qeyd edilməmiş, qeyd edilən şəxsiyyət vəsiqəsinin məlumatı Şəxs aid olmuşdur. Bununla da inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən X8 oğlunun “Mersedes” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə “Fərqlənmə nişanı” olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu qeyd edilərək, bu məsələyə görə sürücü olaraq X8 inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, qeyd edilən avtomobilin həqiqətən X6 məxsus olmasını və ya həmin vaxt onun tərəfindən idarə olunmasını təsdiq edən sənəd (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə və s.) protokola əlavə edilməmişdir. Protokola inzibati xəta hadisəsinin olmasını təsdiq edən sübut kimi qeyd edilən avtomobilin ön hissədən çəkilmiş bir ədəd fotoşəkil əlavə edilmişdir ki, həmin fotoşəkildən avtomobilin sadəcə dövlət qeydiyyat nişanı müəyyən edilir, lakin həmin avtomobilin məhz X6 məxsus olmasını və onun tərəfindən idarə edilməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Gəncə Regional şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar