Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-391/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X7 və X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, müdafiəçi Vəkil Taleh oğlunun iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Samux rayonu, Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Samux rayonu, Əhmədbəyli kənində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 24 fevral 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində xidməti apararkən 99 YP- 034 patrol avtomaşınında Atatürk pr-də hərəkətdə olan “VAZ 2106” markalı, 25BJ874 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətdə çıxaraq svetoforun qadağanedici işığında A.Ziyadxanov küçəsinə dönərək hərəkəti davam etmişdir. Sürücüyə saxla işarəsi verilməsinə baxmayaraq tabe olmayaraq yaşayış binalarının arasına keçərək insanların sıx olduğu təhlükəli hərəkətlər etmişdir. Daha sonra H.Əliyev pr hərəkət etmiş Ş.İ.Xətai pr ilə hərəkətini davam etdirərək Ü.Hacıbəyov pr tərəfə hərəkət etmişdir. Bundan sonra digər YPX əməkdaşlarının köməkliyi ilə süni tıxac yaratmış, onu nizam-intizama dəvət etsələr də polisə tabe olmamış, yüksək səslə ictimai qaydanı pozmuşdur.Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq, X1 İlkin Vidadi oğlunun təhülkəli manevrlər etdiyini, təkər izlərinin olub-olmamasını bilmədiyini, eyni zamanda Şəxs polisə müqvimət göstərdiyinə görə maşına mindirmək istədikdə müəyyən xəsarətlərin dəyə biləcəyini, lakin ona qarşı hər hansı döymə və işgəncə olmadığını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X7 izahatında bildirdi ki, raportla ona müraciət edilərək Şəxs xx.xx.2023-cü il tarixdə onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, ucadan nalayiq ifadələrlə işlətdiyi bildirilmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq, hadisənin şahidi olmadığını, daxil olmuş raport əsasında protokol tərtib etdiyini bildirirək, idarədə Şəxs qarşı hər hansı döymə və işgəncə olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilmir. Yol polis əməkdaşlarının onun saxlatmaq istədiyini əvvəlcə bilməmiş, sonradan bilsə də qorxduğu üçün maşını saxlamamışdır.Yol polis əməkdaşları maşını saxladıqdan sonra onu maşından düşürmüş, döymüş xəsarətlər yetirmişlər. Daha sonra barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq oğurluq cinayəti üzrə məhkum olunduğunu, hal-hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəkili X5 izahatında göstərdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmir, o yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətsə də onun əməlində göstərilən maddələrin tərkib hissəsi olmamışdır. Ona görə də iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX inspektoru X8 izahatında bildirdi ki, Mürşid Abdıyevlə xidmətdə olan zaman “VAZ 2106” markalı, 25BJ874 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtoxuliqanlıq etdiyini bildirərək ondan kömək istəmişdir. O, oraya gəldiyi zaman həmin avtomobilin Ş.İ.Xətai pr ilə hərəkətini davam etdirərək Ü.Hacıbəyov pr tərəfə təhlükəli manevrlər etdiyini görmüş və qarşısında süni tıxaclar yaradaraq məcburi saxlatmışlar ancaq o polisin qanuni tələbinə tabe olmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, o sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərək avtoxuliqanlıq etmişdir. Sonra onu polis avtomobilinə əyləşdirərək 2-ci Polis Şöbəsinə gətirib təhvil vermişlər. Verilmiş suallara cavab olaraq, Şəxs sərt döngələrdən təhlükəli manverlər etdiyini və yerdə təkər izlərnin qaldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan videoçəkilişlərdən (TŞ) görünür ki, sürücü Şəxs idarə etdiyi 25BJ874 dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobil ilə onu təqib edən yol patrul xidməti avtomobilinin inspektoru tərəfindən verilmiş saxla işarəsinə məhəl qoymadan dəfələrlə yol hərəkət qaydalarını pozmaqla, avtoxuliqanlıq etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs 25BJ874 dövlət qeydiyyat nişanlı, Vaz 2106 markalı avtomobil avtoxuliqanlıq etmiş, yol patrul xidmətinin əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, buna baxmayaraq, Şəxs polisin saxla işarəsinə məhəl qoymayaraq yol-hərəkət qaydalarını dəfələrlə kobud şəkildə pozmuş, avtomobili qəflətən sürətləndirməklə təkərlərin yolun səthi üzərində izlərin buraxılması və səslərin çıxarılması ilə müşayiət olunan hərəkətlər etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra yüksək səslə ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidin izahatı, inzibati xəta haqqında protokol, videodisklər və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə qeyd edir ki, Şəxs isnad edilən inzibati xətaların içərisində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan xəta daha ciddi xəta olduğundan, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə inzibati tənbeh ilə yanaşı, inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə yanaşı, həmçinin Azərbaycan Respublikası İXM-nin 327.2, 327.3, 332.1, 332.2 və 342.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2, 327.3, 332.1, 332.2 və 342.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 332.1, 332.2 və 342.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 332.1, 332.2 və 342.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 03 saat vaxt sərf olunmuşdur. Odur ki, barəsində inzibati icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 18 manat pul köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 332.1, 332.2 və 342.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilsin. Şəxs 3 (üç) saat ərzində hüquqi yardım göstərdiyinə görə Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil 18 (on səkkiz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. ("xxxx" ASC-nin Gəncə şəhər filialı, kod 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************. S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001. VÖEN: **********) Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-391/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-391/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver