Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3914/2025 13.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2cə şəhəri, Nizami Gəncəvi küçəsi 355) ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs barəsində olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-1411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4400 manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcunun ödənilməsi tələb edilmişdir. Borclu sonuncu izahatında borcunu hazırda ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Bundan əlavə olaraq borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Bundan əlavə borclu ilə küçədə təsadüfən qarşılaşan zaman ondan borcunun ödənilməsi tələb edilmişdir. Borclu ilə telefon vasitəsi ilə əlaqə saxlamaq istəsə də, o, telefon istifadə etmədiyini bildirmişdir. Borclu barəsində axtarış qərarı qəbul edilmiş, o, polis əməkdaşları vasitəsilə məhkəməyə gətirilmişdir. Borclu sonuncu izahatında borcunu hazırda ödəyə bilmədiyini bildirmişdir. “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə borclunun əmlak vəziyyəti barədə sorğular edilmiş, borcluda tələbinə yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Protokolu müdafiə edərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, borclu tərəfindən məhkəmə iclası dövründə tələbkara 400 manat ödəniş olunmuş, borclunun hazırda icra sənədi üzrə 4000 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, icra sənədi üzrə borcunu ödəməkdən qəsdlə yayınmır, hazırda Zərərçəkmiş şəxs 400 manat ödəniş etmişdir. Qalan borcunu, yəni 4000 manatı 15 gün ərzində (xx.xx.2025 tarixinədək) ödəyəcəyinə söz verir. Ödəməyəcəyi təqdirdə məsuliyyəti ona izah edilmiş, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin izahatında bildirdi ki, tələbkar ilə qohumdur. İcra məmuru ilə təsadüfən Gəncə Apellyasiya Məhkəməsinin qarşısında qarşılaşmış, həmin vaxt icra məmuru ona İdarəyə gəlməli olduğunu bildirmiş, o isə istifadəsində olan əlaqə nömrəsini verərək səhərisi gün icra məmurunun çağırışına gedəcəyini bildirmişdir. Həmin günün səhərisi gün ayağında yaranmış problemlə əlaqədar icra məmurunun çağırışına gedə bilməmişdir. Həmçinin telefonunda problem olduğundan zəngləri qəbul edə bilmir. Bu gün İdarədə verdiyi izahatında 15 gün ərzində borcunu ödəyəcəyini bildirmişdir, belə ki, atası və babası Rusiya Federasiyasında işləyir, onlar köməklik edəcək. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, borcludan icra sənədi üzrə 400 manat almışdır, qalıq borc 4000 manat qalmışdır. İnanmasa da borclunun ödəyəcəyi vaxtı gözləyir. Həmçinin izahatında bildirdi ki, üç ildir ki, borclu ona olan borcunu ödəməkdən yayınır. Borclu ilə uzaq qohumdur. Atasına məxsus qızıl saatı borcluya lombarda qoyub pul götürmək adı ilə vermiş, lakin borclu onu aldadaraq saatı satmışdır. Borclu icra məmurunun çağırışlarından mütəmadi şəkildə yayınır. İş materiallarında olan: - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1411/2025 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs 4400 (dörd min dörd yüz) manat dəyərində 1 ədəd 583 əyyarlı qızıldan çəkisi 56 qram “Maktaym” markalı, Leninqrad istehsalı kişi saatı bilərziyi ilə birlikdə naturada alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməli, naturada alınması mümkün olmadıqda isə həmin saatın dəyəri olan 4400 (dörd min dörd yüz) manat Şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. - xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1411/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. - xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin, xx.xx.2025-ci il tarixli xəbərdarlığın və xx.xx.2025-ci il tarixli “SMS bildirişin” göndərilməsi barədə çıxarışın surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1411/2025 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir və icra sənədini könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun ünvanda yaşamaması haqqında” aktdan görünür ki, borclunun ünvanı kimi qeyd edilmiş ünvan 4 ünvanda yaşamadığı və borcluya məxsus tələbin yönəldilə biləcəyi dəyərli əmlakın aşkar olunmadığı müəyyən edilmişdir. - Borclu İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə tələbi bugünədək icra etməməsinin səbəbi səhhəti ilə əlaqədar problemlərin olmasıdır, bugünədək heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə tələbi 15 gün ərzində ödəyəcək. Bundan başqa, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti yoxdur. - “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmiş, axtarış qərarının icrası Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə həvalə edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1411/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Məhkəmə iclasında borclu icra sənədi üzrə borcundan 400 manat ödəniş etmiş, qalan 4000 manatı 15 gün ərzində (xx.xx.2025 tarixinədək) ödəyəcəyinə söz vermiş, ödəməyəcəyi təqdirdə məsuliyyəti ona izah edilmişdir. Tələbkar və borclu tərəfindən məhkəmə iclasında verilmiş ərizələrdən də görünür ki, hər iki tərəf 400 manat ödəniş edilməsini təsdiq edir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən tam şəkildə olmasa da, mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3914/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3914/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver