Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3916/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru, ədliyyə müşaviri X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-ci il tarixdə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonunun Arıqıran kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2952/2021 nömrəli qətnaməsi əsasında cavabdeh Şəxs iddiaçı X5 xeyrinə tutulan alimentin miqdarı artırılmış, həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs X6 xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və iddiaçının ödəməkdən azad edildii 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq Azərbaycan Respubıikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tərəflərindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş və inzibati məsuliyyətı veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin borclu icra sənədinə göstərilən borcundan və aylıq alimenti ödəməmişdir. Hazırda borclu Şəxs 1780 (min yeddi yüz səksən) manat məbləğində aliment borcu vardır. Borclu Şəxs icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilməmişdir. Məhkəmədən protokolun təmin edilərək borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs bildirmişdir ki, o, hazırda heç yerdə işləmir və onun heç yerdən gəlir mənbəyi yoxdur. Onun aliment borcundan başqa kredit borcu da vardır. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə, o, aliment borcunu hissə-hissə ödəyə bilər. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(006)-2615/2024 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit tutlaraq tələbkar X5 xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu Şəxs borcunu ödəyə bilməmiş və bununla da borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2952/2021 nömrəli qətnaməsi əsasında cavabdeh Şəxs iddiaçı X5 xeyrinə tutulan alimentin miqdarı artırılmış, həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs X6 xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və iddiaçının ödəməkdən azad edildii 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq Azərbaycan Respubıikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2952/2021 nömrəli qətnaməsi əsasında olan icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 icraatına daxil olmuşdur. - xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra məmuru tərəfindən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 2952/2021 nömrəli qətnaməsi əsasında olan icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilmiş və əks halda barəsində Azərbaycan Respublikasının qanunvericili ilə nəzərdə tutulmuş qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, aliment borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3916/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3916/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver