Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-392/2022 25.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 18, mənzil 195-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 21:00-da sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Renault Megan” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlamayaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. 11 avqust 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsinin bölük komandiri müavini, polis kapitanı X3 protokolu müdafiə edərək, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Şəxs “Renault Megan” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Ş.Vazeh küçəsində qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ 2106” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında dayanmış “VAZ-21099” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini saxlaya bilməyib arxasından vurub əzmiş, o da ara məsafəsini saxlaya bilməyib “VAZ 2106” markalı avtomobilin arxa hissəsindən vurub əzmiş və “VAZ 2106” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə maddi zərər dəymiş və hadisə baş verən vaxta qədər Şəxs məxsus sürücülük vəsiqəsinin məhdudlaşdırıldığı müəyyən olunmuşdur. Bununla bağlı isə onun tərəfindən Azərbaycan Respublikası İXM-nın 332.4-cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində “Renault Megan” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Ş.Vazeh küçəsində qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ 2106” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında dayanmış “VAZ-21099” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini saxlaya bilməyib arxasından vurub əzmiş, o da ara məsafəsini saxlaya bilməyib “VAZ 2106” markalı avtomobilin arxa hissəsindən vurub əzmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Təqsirini qəbul edir və törətdiyi inzibati xətaya görə peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasinda iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, o, M.Ş.Vazeh küçəsi ilə üzü aşağı istiqamətdə hərəkətdə olan zaman onun qarşısında olan avtomobil qəfil dayanıb dönmək istəyən zaman o, həmin avtomobilə dəymiş, onun arxasında hərəkətdə olan “Renault Megan” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə ara məsafəsi saxlamadığından onun avtomobilinin arxa tərəfindən dəymiş, lakin hadisə zamanı xəsarət almamışdır. Bununla belə avtomobilinə maddi zərər vurulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" İstehsalat birliyinin "xxxx" Gəncə Müəssisəsindən verilmiş 12 iyun 2022-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 2106” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı 2070 manat təşkil edir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Şəxs məxsus BB seriyalı 205108 saylı sürücülük vəsiqəsinin məhdudlaşdırılması müəyyən edilmiş və hüquqsuz olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1353/2022 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, aktın rəy hissəsində Şəxs ayıq olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ona olan 2070 manat borcunun hər ay 150 manat olmaqla ödənilməsi şərti ilə aralarında razılıq əldə edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs “Renault Megan” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək M.Ş.Vazeh küçəsində hərəkətdə olarkən həmin istiqamətdə onun qarşısında hərəkətdə olan X2 məxsus olan “VAZ 2106” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurduğu və nəticədə avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsi məhdudlaşdırıldığından o, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Buna görə də onun əməli düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-392/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-392/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver