Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3925/2024 23.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri BPİ-nin 4-cü PB-nin sahə rəisi, polis leytenantı Məmmədov Ayxanın tərtib etdiyi protokoldan görünür ki, Şəxs X1 az miqdarda ziyan vurduğu üçün onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ziyan vurduğu mülk ona məxsusdur. Ziyan vurulan mülk X1 məxsus olmamışdır. Həmin mülkün X1 məxsus olması ilə bağlı heç bir rəsmi sənədi yoxdur. O, sonda öz mülkünə ziyan vurduğunu başqasının mülkünə ziyan vurmadığını bildirərək barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş orqana məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş. Məhkəmə protokol tərtib etmiş orqananın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Belə ki, məhkəmə inzibati xəta xəta haqqında materialla nəzər salarkən, barəsində icraat aparılan şəxsin zərərçəkmiş şəxs X1 məxsus avtomobil təmir sexinə qəsdən ziyan vurmasına dair hər hansı sübuta rast gəlməmişdir. Eyni zamanda Şəxs həmin avtomobil təmir sexinin özünə məxsus olduğunu bildirmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin dispozisiyasının zəruri şərti özgənin əmlakının qəsdən məhv edilməsidir. Yuxarıda göstərilən halın araşdırılması üçün məhkəmə bir neçə dəfə inzibati xəta üzrə icraat zamanı məhkəmə iclasını təxirə salmış, inzibati xəta haqqında protokolu tərtib edən orqana məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən bildirişlər göndərmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və öz sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hazırki məsələni barəsində icraat aparılan şəxsin xeyrinə həll edərək, əməldə inzibati xəta tərkibinin olmaması qənaətinə gəlir və inzibati xəta haqqında icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3925/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3925/2024
23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver